“Buradan uğurlu nəticə ilə ayrılacağımıza inanıram”

“Buradan uğurlu nəticə ilə ayrılacağımıza inanıram”

Qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Siyasət Əsgərov dünya çempionatının seçmə mərhələsi çərçivəsində Macarıstan yığması ilə səfərdə keçiriləcək oyunöncəsi AFFA-nın mətbuat xidmətinə fikirlərini bildirib.

Sports.az xəbər verir ki, o, bunları söyləyib:

“Sabah çox vacib oyuna çıxacağıq. Üç gün əvvəl evdə Şimali Makedoniya üzərində inamlı oyunla qələbə qazandıq. Düzdür, bəzi futbolçularımızda yüngül zədə var. Ancaq düşünürəm ki, həkimlərimiz matça qədər onları hazır vəziyyətə gətirə biləcəklər. Uzaq yol gəldiyimizi də nəzərə almaq lazımdır. Oyunçuları həm fiziki, həm də psixoloji cəhətdən hazırlamalıyıq. Bunu bacaracağımıza inanıram”.

Baş məşqçi səfərdə uğurlu nəticə qazanmaq istədiklərini söyləyib: 

“Macarıstan yığması çox güclü komandadır, futbolçuları fərdi cəhətdən yüksək keyfiyyətə malikdirlər. Andorra ilə ilk oyunda gözlənilməz şəkildə xal itirdilər. Bizimlə öz meydanlarında qarşılaşacaqları üçün maksimum dərəcədə hazırlaşıblar. Həmçinin biz də tamamilə görüşə köklənmişik. Start fitindən sona qədər tempdən düşməməyə və rəqibi səhvə məcbur etməyə çalışacağıq. Buradan uğurlu nəticə ilə ayrılacağımıza inanıram”.

Qeyd edək ki, martın 7-də Felksutdakı “Panço Arena”da keçiriləcək Macarıstan – Azərbaycan oyunu Bakı vaxtı ilə saat 17:30-da başlanacaq.

Son xəbərlər
AFFA nümayəndələri UEFA-nın baş qərargahında
“Karvan-Yevlax”la “Sumqayıt”dan heç-heçə
“Qarabağ”dan xanım azarkeşlərə jest
“Borussiya” müdafiəçisi ilə vidalaşa bilər
“Atletiko” PSJ-nin yarımmüdafiəçisi ilə maraqlanır
“Buradan uğurlu nəticə ilə ayrılacağımıza inanıram”
A Seriyasının ən yaxşı məşqçisi
“Real” “Liverpul”un yarımmüafiəçisinə göz dikib
UEFA-dan “Real”a azarkeş qalmaqalı ilə bağlı cəza
“Borussiya”nın müdafiəçisi “Real”a keçmək niyyətindədir
“Barselona” “Yuventus”un hücumçusu ilə danışıqlarını dondurdu
“Tottenhem” baş məşqçisi ilə bağlı qərar qəbul etdi
Bu gün 18-ci turun növbəti iki matçı keçiriləcək
Millimiz səfərdə Macarıstana qarşı
Kubarsi futbolla bağlı arzusunu açıqladı
“İnter” Dumfrisə əvəz tapıb
MY və “Arsenal” “Fulhem”in müdafiəçisi uğrunda çəkişəcəklər
“Bornmut”un müdafiəçisi “qağayılar”dan ayrılacaq
UFC yenidən Bakıda!
Super Liqa klubu yenidən Volkan Dəmirələ tapşırıldı
PSJ-nin kapitanı dördüncü dəfə ata oldu
“Tottenhem” baş məşqçi axtarışındadır
Günün oyunları – TV
Tomas Frank iş başına qayıda bilər
“Arsenal” yeni yarımmüdafiəçi seçdi
“Karvan-Yevlax” “Sumqayıt”a qarşı
“Liverpul” 1/4 finalda!
“Real” “Selta”nı çətinliklə məğlub etdi
PSJ evdə uduzdu
“Napoli”dən çətin qələbə
DAHA ÇOX

Ən çox oxunanlar