“Şamaxı” “İmişli”yə, “Qarabağ” “Araz-Naxçıvan”a qarşı

Misli Premyer Liqasında 23-cü turun oyunları keçirilir.
Sports.az xəbər verir ki, bu gün daha 2 oyun baş tutacaq.
Əvvəlcə, “Şamaxı” “İmişli”ni qəbul edəcək. Qarşılaşmanı Vüqar Həsənli idarə edəcək.
“Qarabağ” isə bu turda “Araz-Naxçıvan”ı sınağa çəkəcək. Bu matçın baş hakimi Rəşad Əhmədov olacaq.
Xatırladaq ki, daha öncə keçirilmiş “Karvan-Yevlax” – “Sumqayıt” matçında qalib müəyyənləşməyib – 1:1. “Zirə” – “Kəpəz” və “Neftçi” – “Turan Tovuz” oyunları sabah, “Sabah” – “Qəbələ” matçı isə martın 10-da keçiriləcək.
Misli Premyer Liqası
23-cü tur
8 mart
“Şamaxı” – “İmişli”
Hakimlər: Vüqar Həsənli, Pərvin Talıbov, Tərlan Talıbzadə, Emin Əliyev.
Şamaxı şəhər stadionu, 15:00.
“Qarabağ” – “Araz-Naxçıvan”
Hakimlər: Rəşad Əhmədov, Elşad Abdullayev, Kərim Zeynalov, Kamranbəy Rəhimov.
Tofiq Bəhramov adına Respublika Stadionu, 19:15.





























