“Onlar bu məyusluğa layiq deyildilər” - Demçenko

“Onlar bu məyusluğa layiq deyildilər” - Demçenko

“Araz-Naxçıvan”ın baş məşqçisi Andrey Demçenko Azərbaycan Premyer Liqasının 23-cü turu çərçivəsində “Qarabağ”a qarşı keçirdikləri oyundan danışıb.

Sports.az xəbər verir ki, o, 0:6 hesablı məğlubiyyəti belə şərh edib:

“Qarabağ”ı qələbə münasibətilə təbrik edirəm, çox yaxşı oynadılar. Hər bir komanda onlara verilən imkan sayəsində oynayır. Bizim planımız başqa idi, “Qarabağ”a pressinq edib, onları topsuz saxlamaq idi. Hər hansı bir oyunçu pressinq etməyəndə bu bütün komandaya təsir edir.

Mən öz azarkeşlərimizin qarşısında üzr istəyirəm. Onlar bu məyusluğa layiq deyildilər. Yalnız 11 nəfər yox, bütün komanda oynayır. Bu məğlubiyyətə gəldikdə isə, tək oyunçuların deyil, həm də məşqçilər heyətinin də günahı var. Bu cür məğlubiyyətdən sonra bərpa olmaq çətindir, lakin çalışacağıq ki, növbəti oyunlarda mübarizə aparaq. “Qarabağ” kimi komandalara qarşı oynamağın çətin olduğunu oyunçularımız da başa düşür və onlarda narahatlıq olur. 

Biz yenə də komandanı bir yerə yığıb, səhvlərimizi axtaracağıq. Lakin bu cür məğlubiyyətə görə oyunçularımız cərimələnəcək, bu birbaşa klub prezidentinin əmridir. 

Bizim filosofiyamız eynidir, bu, istər “Qarabağ olsun, istərsə də, başqa bir komanda. Lakin güclü komandalara qarşı çətinlik çəkirik.

Çox komanda var ki, Bakıda məşq edirlər, Bakıda da oynayırlar. Futbolçular və məşqçilər üçün meydançanın fərqi yoxdur”.

Son xəbərlər
“Liverul” üç futbolçusu ilə müqavilələrini yeniləmək niyyətindədir
“Zirə” “Kəpəz”ə məğlubiyyətdən son anda qurtuldu - VİDEO
“2 xal itirdik” - Azər Bağırov
“Hamımız 3 xala köklənmişdik” - Rəşad Sadıqov
MY “Bornmut”un yarımmüdafiəçisi ilə maraqlanır
“Neftçi” “Turan Tovuz”a qarşı - YENİLƏNİR
“Real” daha bir futbolçusunu itirdi
“Liverpul” “Nottingem Forest”in müdafiəçisinə görə təklif hazırlayır
Türkiyəli mütəxəssis hava limanında vəfat etdi
“Sabah”la “Zirə”nin əvəzedicilərindən darmadağın
“Şirvan” qalib gəldi, bir oyun baş tutmadı
“Yuventus” “Tottenhem”in qapıçısını satın almağa hazırdır
“Real”ın futbolçusu Fransada ən yaxşı seçildi
Kapitanı “Mançester Siti”dən ayrıla bilər
MY “Çelsi”nin yarımmüdafiəçisi ilə maraqlanır
Polina Rəhimovanın komandası Yunanıstan Kubokunu qazandı
19-cu turun oyun cədvəli açıqlandı
Asif Sayadovdan Hyustonda qızıl medal
“Çelsi” “Liverpul”un keçmiş hücumçusu ilə güclənə bilər
Paytaxt klubunda ciddi itki
Azərbaycan boksçuları təlim-məşq toplanışına start veriblər
“Tottenhem”in müdafiəçisi ayrılığa hazırlaşır
FIBA Çempionlar Kuboku: Millimizin heyəti və oyun cədvəli açıqlandı
MY “Nottinhem Forest”in yarımmüdafiəçisini satın ala bilər
Vinisius “Real”dan ayrıla bilər
“Şahdağ”da Avropa Çempionatına və Dünya Kubokuna yekun vurulub
“Olimpik” “Fulhem”in müdafiəçisi ilə maraqlanır
“Yuventus”un müdafiəçisi Premyer Liqaya keçə bilər
AÇ-nin ilk günündə 5 güləşçimiz mübarizəyə başlayır
Qravenberx “Liverpul”dakı hədəflərini açıqladı
DAHA ÇOX

Ən çox oxunanlar