“Məğlubiyyətə layiq deyildik” - Vernidub

“Məğlubiyyətə layiq deyildik” - Vernidub

“Neftçi”nin baş məşqçisi Yuri Vernidub Azərbaycan Premyer Liqasının 23-cü turu çərçivəsində “Turan-Tovuz”a qarşı keçirdikləri oyundan danışıb.

Sports.az xəbər verir ki, o, 0:1 hesablı məğlubiyyəti belə şərh edib:

“Nə vaxtsa bir gün məğlubiyyət olmalı idi. Oyuna baxdıqda, bu məğlubiyyətə layiq deyildik. Hər iki komanda yaxşı oynadı. Onlar bir neçə şansı dəyərləndirə bildilər, biz dəyərləndirə bilmədik. 

Bütün oyun intensiv olsa da, ikinci hissə bizim üçün daha pis oldu. Bu mərhələni də keçməliyik və yolumuza davam etməliyik. “Turan Tovuz” sadə komanda deyil, buna görə 3-cü yerdədirlər. Lakin biz də onlardan geri qalmırıq. Təəssüf ki, bir qol buraxdıq və bu da oyunun taleyini həll etdi. 

Mən ilk bura gələndən bəri heyət necə idisə, elə də qalıb. Bu heyətlə də davam edəcəyik. Bizdə 23 oyunçu var və hər biri oynamalıdır. Onlar oturmağa gəlməyiblər. Mən heç vaxt yaxşı məşqçi olduğumu demirəm. Onlar yaxşı oyunçudurlar, daha da işləyib, irəli getsinlər.

Mənə qədər burda məşqçi olub. Mən o məşqçi haqda pis şey deyə bilmərəm, o, mənim həmkarımdır. Burada bir komanda yığılıb və mən onlarla işləməyə gəlmişəm. “Kimsə günahkardır” deyə bilmərəm və heç vaxt deməyəcəyəm. Buna görə də hər zaman çalışdığım komandalarda nəticə olub”.

Son xəbərlər
Azərbaycanın iki güləşçisi AÇ-nin finalında
“Trabzonspor”dan inamlı qələbə
“Neftçi” “Turan Tovuz”a belə uduzdu – VİDEO
“Turnir cədvəlinə fikir vermirik” - Berdıyev
“Məğlubiyyətə layiq deyildik” - Vernidub
“Çelsi” “Brentford”un cinah hücumçusu ilə maraqlanır
“Neftçi” “Turan Tovuz”a məğlub oldu
“Liverul” üç futbolçusu ilə müqavilələrini yeniləmək niyyətindədir
“Zirə” “Kəpəz”ə məğlubiyyətdən son anda qurtuldu - VİDEO
“2 xal itirdik” - Azər Bağırov
“Hamımız 3 xala köklənmişdik” - Rəşad Sadıqov
MY “Bornmut”un yarımmüdafiəçisi ilə maraqlanır
“Real” daha bir futbolçusunu itirdi
“Liverpul” “Nottingem Forest”in müdafiəçisinə görə təklif hazırlayır
Türkiyəli mütəxəssis hava limanında vəfat etdi
“Sabah”la “Zirə”nin əvəzedicilərindən darmadağın
“Şirvan” qalib gəldi, bir oyun baş tutmadı
“Yuventus” “Tottenhem”in qapıçısını satın almağa hazırdır
“Real”ın futbolçusu Fransada ən yaxşı seçildi
Kapitanı “Mançester Siti”dən ayrıla bilər
MY “Çelsi”nin yarımmüdafiəçisi ilə maraqlanır
Polina Rəhimovanın komandası Yunanıstan Kubokunu qazandı
19-cu turun oyun cədvəli açıqlandı
Asif Sayadovdan Hyustonda qızıl medal
“Çelsi” “Liverpul”un keçmiş hücumçusu ilə güclənə bilər
Paytaxt klubunda ciddi itki
Azərbaycan boksçuları təlim-məşq toplanışına start veriblər
“Tottenhem”in müdafiəçisi ayrılığa hazırlaşır
FIBA Çempionlar Kuboku: Millimizin heyəti və oyun cədvəli açıqlandı
MY “Nottinhem Forest”in yarımmüdafiəçisini satın ala bilər
DAHA ÇOX

Ən çox oxunanlar