“Turnir cədvəlinə fikir vermirik” - Berdıyev

“Turnir cədvəlinə fikir vermirik” - Berdıyev

Bu gün MIsli Premyer Liqasında 23-cü tur çərçivəsində "Neftçi" doğma meydanda "Turan Tovuz"a 0:1 hesabı ilə məğlub olub.

Sports.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında "Turan Tovuz"un ba məşqçisi Kurban Berdıyev jurnalistlərin sullarını cavablandırıb:

- Hər iki tərəf yaxşı oyun göstərdi. Sevinirəm ki, bu gün qələbə qazandıq. Fikirləşirəm ki, oyunçularım qələbəni haqq edirdi.

- Bu qələbə 3-cü yer uğrunda iddianı nə dərəcədə ortaya qoyur?
- Bundan əvvəl də demişdim ki, oyundan-oyuna hazırlaşırıq. Kubok və ya çempionat oyunu olmasının fərqi yoxdur. Turnir cədvəlinə fikir vermirik. Sonda hər şey bilinəcək.

- İbrahima Vadji və Jo Batista da meydanda qaldı. Halbuki hesabda irəlidə idiniz...
- Vadji fiziki baxımından da yaxşı durumda olduğu üçün düşündük ki, ikisini də oynada bilərik.

- "Turan Tovuz" kubok üçün liqanı, liqanı isə kubok üçün qurban verəcək?
- Heç bir fərqi yoxdur. Hamısı eyni əhəmiyyəti daşıyır. Bütün matçlar eyni əhəmiyyət kəsb edir.

- "Turan Tovuz" artıq neçə oyundur ki, qol buraxmır. Bu uğurun sirri nədədir?
- Bu suala cavab vermək çətindir. Çünki qapımız qarşısında təhlükəli epizodlar olur. Əgər olmasaydı, başqa məsələdir. Amma yenə təhlükəli vəziyyətlər göstərir ki, işləməli olduğumuz məqamlar çoxdur.

- Ümumiyyətlə, qarşıda çempionluq hədəfi var?
- Hər dəfə mətbuat konfranslarında eyni şeyi deyirəm. Biz yalnız qarşımızdakı oyuna hazırlaşırıq. (Sportal)

Son xəbərlər
Azərbaycanın iki güləşçisi AÇ-nin finalında
“Trabzonspor”dan inamlı qələbə
“Neftçi” “Turan Tovuz”a belə uduzdu – VİDEO
“Turnir cədvəlinə fikir vermirik” - Berdıyev
“Məğlubiyyətə layiq deyildik” - Vernidub
“Çelsi” “Brentford”un cinah hücumçusu ilə maraqlanır
“Neftçi” “Turan Tovuz”a məğlub oldu
“Liverul” üç futbolçusu ilə müqavilələrini yeniləmək niyyətindədir
“Zirə” “Kəpəz”ə məğlubiyyətdən son anda qurtuldu - VİDEO
“2 xal itirdik” - Azər Bağırov
“Hamımız 3 xala köklənmişdik” - Rəşad Sadıqov
MY “Bornmut”un yarımmüdafiəçisi ilə maraqlanır
“Real” daha bir futbolçusunu itirdi
“Liverpul” “Nottingem Forest”in müdafiəçisinə görə təklif hazırlayır
Türkiyəli mütəxəssis hava limanında vəfat etdi
“Sabah”la “Zirə”nin əvəzedicilərindən darmadağın
“Şirvan” qalib gəldi, bir oyun baş tutmadı
“Yuventus” “Tottenhem”in qapıçısını satın almağa hazırdır
“Real”ın futbolçusu Fransada ən yaxşı seçildi
Kapitanı “Mançester Siti”dən ayrıla bilər
MY “Çelsi”nin yarımmüdafiəçisi ilə maraqlanır
Polina Rəhimovanın komandası Yunanıstan Kubokunu qazandı
19-cu turun oyun cədvəli açıqlandı
Asif Sayadovdan Hyustonda qızıl medal
“Çelsi” “Liverpul”un keçmiş hücumçusu ilə güclənə bilər
Paytaxt klubunda ciddi itki
Azərbaycan boksçuları təlim-məşq toplanışına start veriblər
“Tottenhem”in müdafiəçisi ayrılığa hazırlaşır
FIBA Çempionlar Kuboku: Millimizin heyəti və oyun cədvəli açıqlandı
MY “Nottinhem Forest”in yarımmüdafiəçisini satın ala bilər
DAHA ÇOX

Ən çox oxunanlar