Azərbaycan futbolu
50-ci qələbə

10.03.2026 | 15:15
“Turan Tovuz” Premyer Liqada 50-ci qələbəsini qazanıb.
Sports.az xəbər verir ki, qərb təmsilçisinin yubileyi Misli Premyer Liqasının XXIII turuna təsadüf edib. Tovuz klubu səfərdə “Neftçi”yə qalib gəlib – 1:0.
50-ci qələbə 131-ci matçda əldə olunub. “Turan Tovuz” evdə 26, səfərdə 24 dəfə üç xala sevinib. Qərblilər turnirin tarixində ən azı 50 qələbə qazanan 26-cı komanda olub.
Qeyd edək ki, 2022/23 mövsümündən Premyer Liqada çıxış edən “Turan Tovuz” ilk qələbəsini 2022-ci il avqustun 13-də “Səbail”lə səfər matçında əldə edib – 1:0.
Son xəbərlər





























