AFFA-nın baş katibi oriyentasiyasını dəyişib

AFFA-nın baş katibi oriyentasiyasını dəyişib

Oriyentasiya, hər hansı bir hadisənin, obyektin və ya şəxsin müəyyən bir istiqamətə, mövqeyə və ya məqama uyğun olaraq yönəldilməsini ifadə edən anlayışdır. Bu anlayış müxtəlif sahələrdə, xüsusilə təhsil, psixologiya, işgüzar fəaliyyətlər və digər sosial sahələrdə geniş istifadə olunur. Oriyentasiya həm fiziki mövqeləri, həm də insanın dünyagörüşünü, sosial mövqeyini və kimliyini müəyyənləşdirən prosesləri əhatə edə bilər.
Oriyentasiya, sadə dildə desək, hər hansı bir istiqamətə doğru yönəlmə və ya mövqelənmə deməkdir. Bu proses insanın ətraf mühitini, öz yerini və baş verən hadisələri anlamaq qabiliyyəti ilə bağlıdır. 
Oriyentasiya, insanın hər hansı bir sahədə öz mövqeyini və istiqamətini təyin etməsi prosesidir. Bu proseslər insanın həyatda özünü və ətrafını daha yaxşı anlamasına kömək edir. Oriyentasiyanın düzgün təyin olunması və idarə edilməsi həm şəxsi, həm də professional uğurların qazanılmasına səbəb olur.

...Təyinatından sonra ilk işi qaçaraq Parisdə Elxan Məmmədovla görüşmək olan Cahangir Fərəcullayev bundan sonra siyasi oriyentasiyasını dəyişdi. 
AFFA-ya gəlişinəcən illərdir mərc oyunları şirkətində rəhbər postlar tutmuş Fərəcullayevin futbol kimi miqyaslı və ölkəni dünyada tanıtmaq perspektivli sahəyə rəhbər gətirilməsi əvvəldən birmənalı qarşılanmamışdı. 
Onun AFFA-nın yeni rəhbərliyinin kadrı olduğu söylənsə də, bugünəcən etdiklərinə diqqət yetirsək, bu fikrin doğruluğuna ciddi şübhə yaranır. Bəlkə Parisdəki görüşdə "FİFA Elxan" "növcavan" baş katibin "saqqızını oğurlayıb" və o cəbhə dəyişib?
Onsuz da AFFA-da, klublarda, futbol təsərrüfatında Məmmədovun adamları at oynatmağa davam edir, federasiyada demək olar ki, heç bir islahat, kadr dəyişikliyi baş verməyib.
"Topaz Cahangir"in özü kimi hansı xidmətlərə görə AFFA-ya gətirdiyi bəlli olmayan bir-para  köhnə-yeni kadrların az qala hamısının adı illərdir Elxan Məmmədova bağlıdı. 
Bu, Elxan Məmmədovun AFFA-da kollektivin içində baş verənlərdən operativ xəbər tutması üçün atılan addımdır, yoxsa Fərəcullayev onu karyerasındakı ən böyük vəzifəyə gətirənlərə qarşı cəbhə qurur?

Bu və başqa sualların cavabı çox keçmədən bilinəcək. Amma bütün yaşananlardan, təyinatından 1 ildən çox keçməsindən sonra böyük təəssüflə deyə bilərik ki, Cahangir Fərəcullayev Elxan Məmmədov və komandasının şikəst etdiyi Azərbaycan futbolunu sağaldacaq potensialda adam deyil...

...Biri də var işgüzar oriyentasiya
Bu - yeni işçilərə və ya işgüzar fəaliyyətlərə qatılan şəxslərə verilən məlumat və təlimlər vasitəsilə onların iş mühitinə uyğunlaşmalarını təmin edən bir prosesdir. İşgüzar oriyentasiya adətən yeni işə qəbul olan şəxslər üçün ilk mərhələdə həyata keçirilir və iş mühitini, şirkət qaydalarını və işçi gözləntilərini izah edir.
İşgüzar oriyentasiya aşağıdakı komponentlərdən ibarətdir: 
Yeni işçilərə şirkət daxilində davranış qaydaları və şirkətin dəyərləri izah olunur.
İşçilərə vəzifə və məsuliyyətləri haqqında məlumat verilir və onlar müəyyən təlimlərdən keçirlər.
Yeni işçilərə adaptasiya dövründə rəhbərlik tərəfindən dəstək göstərilir və onların iş mühitinə uyğunlaşmaları təmin olunur.
AFFA-da Cahangir Fərəcullayev başda olmaqla yeni kadrlara bunları kimlərsə izah edib-etməyib bəlli deyil.
Amma bu işlərin, işçilərin sonu yaxşı görünmür...
Allah Azərbaycan futboluna kömək olsun!

Son xəbərlər
1-ci Liqada 18-ci turun təyinatları açıqlandı
Müdafiəçisi “Arsenal”dan ayrıla bilər
Ardıcıl 8-ci quru oyun: Samok 778-ə çatdı
Tanınmış güləşçilər Xırdalanda şagirdlərlə görüş keçirib
50-ci qələbə
“Mançester Siti”nin kapitanı Liqa 1-ə keçə bilər
Tarixin 70-cisi
FIS “Şahdağ”da keçirilməli olan Dünya Kubokunu təxirə saldı
AFFA-nın baş katibi oriyentasiyasını dəyişib
De Zerbi İngiltərə nəhəgini çalışdırmağa hazırdır
20-ci böyükhesablı məğlubiyyət
Gözəlbəyli “Qalatasaray”ın oyununa təyinat aldı
“Qalatasaray” – “Liverpul” matçı ilə 1/8 finala start
Vinisius “Real” rəhəbrliyini Soboslaini satın almağa səsləyir
AÇ: Daha 5 güləşçimiz mübarizəyə qoşulur
Mbappedən “Real”a şərt
Nikolas Qonsalesin gələcəyi qeyri-müəyyən olaraq qalır
Kvaratsxeliya İngiltərə Premyer Liqasına keçə bilər
Benzema “Real”ın problemini açıqladı
Günün oyunları – TV
Keçmiş baş məşqçisi “Barselona”ya qayıtmayacaq
Dieqo Simeone Antuan Qrizmann haqda qənaətini açıqladı
Zamiq Əliyevin komandasından inamlı qələbə
MY oyunçuları Karriki pis vəziyyətdə qoyduqlarını düşünürlər
“Liverpul” Slotun xahişini rədd etdi
“Sabah” “Qəbələ”yə qarşı
“Vest Hem” 1/4 finalda
“Espanyol” evdə xal itirdi
“Latsio”dan çətin qələbə
Azərbaycanın iki güləşçisi AÇ-nin finalında
DAHA ÇOX

Ən çox oxunanlar