Azərbaycan millisində baş məşqçi təyinatı

Azərbaycan millisində baş məşqçi təyinatı

AFFA İcraiyyə Komitəsinin 19 fevral 2026-cı il tarixində keçirilmiş iclasında Azərbaycanın 20 yaşadək futbolçulardan ibarət milli komandasının baş məşqçisi postuna Rui Jorjenin namizədliyi müzakirə çıxarılmış və təsdiq edilmişdi.

Sports.az xəbər verir ki, hüquqi prosedurların tamamlandığını nəzərə alaraq Rui Jorje müvafiq millinin baş məşqçisi postuna təyin olunub.

Azərbaycanın U-20 millisi 2027-ci ildə Azərbaycan və Özbəkistanda keçiriləcək FIFA U-20 Dünya Çempionatında ölkəmizi təmsil edəcək.
Yeni təyin olunmuş baş məşqçinin mətbuat konfransı AFFA rəhbərliyinin iştirakı ilə yaxın günlərdə təşkil olunacaq. Dəqiq tarix, vaxt və mətbuat konfransının keçiriləcəyi məkanla bağlı ictimayyətə məlumat veriləcək.

Qeyd edək ki, Rui Jorje məşqçiliyə futbolçu kimi son klubu olan “Belenenseş”də başlayıb. Portuqaliyalı mütəxəssis 2006-2010-cu illər aralığında adıçəkilən klubun U-19 komandasına rəhbərlik edib, 2008/2009-cu illər mövsümündə qısa müddət əsas komandanın baş məşqçisi olub.

2010-cu ildə Portuqaliyanın U-21 yığmasının “sükanı arxası”na gətirilən Jorje 15 il bu komandanı çalışdırıb. Onun rəhbərliyi altında portuqaliyalılar 5 dəfə Avropa çempionatının final mərhələsində iştirak edib, bunun ikisində (2015, 2021) gümüş mükafat qazanıb. Həmin illər ərzində Rui Jorge Portuqaliyanın Olimpiya millisinə də rəhbərlik edib.

Son xəbərlər
“Turan Tovuz” ev oyunlarını Sumqayıt şəhər stadionunda keçirəcək
“Qaradağ Lökbatan”la “Göygöl”dən darmadağın
“Sabah” “Qəbələ”yə qarşı - YENİLƏNİR
Brandt İtaliya A Seriyasına keçə bilər
“Qarabağ”ın futbolçusu Kolumbiya millisinə dəvət aldı
Azərbaycan millisində baş məşqçi təyinatı
“Mançester Yunayted” rəhbərliyi qeyri-müəyyənlik içindədir
5 güləşçimiz AÇ-nin yarımfinalında
1-ci Liqa klubunun məşqçisi və həkiminə 4 oyunluq cəza
UEFA rəsmisi AFFA-da görüşlər keçirib
Darvin Nunyes “Çelsi”yə keçidi üçün nə etməlidir?
Mövsümün ən böyükhesablı qələbəsi
Bakıda voleybol məşqçiləri üçün beynəlxalq seminar
1-ci Liqada 18-ci turun təyinatları açıqlandı
Müdafiəçisi “Arsenal”dan ayrıla bilər
Ardıcıl 8-ci quru oyun: Samok 778-ə çatdı
Tanınmış güləşçilər Xırdalanda şagirdlərlə görüş keçirib
50-ci qələbə
“Mançester Siti”nin kapitanı Liqa 1-ə keçə bilər
Tarixin 70-cisi
FIS “Şahdağ”da keçirilməli olan Dünya Kubokunu təxirə saldı
AFFA-nın baş katibi oriyentasiyasını dəyişib
De Zerbi İngiltərə nəhəgini çalışdırmağa hazırdır
20-ci böyükhesablı məğlubiyyət
Gözəlbəyli “Qalatasaray”ın oyununa təyinat aldı
“Qalatasaray” – “Liverpul” matçı ilə 1/8 finala start
Vinisius “Real” rəhəbrliyini Soboslaini satın almağa səsləyir
AÇ: Daha 5 güləşçimiz mübarizəyə qoşulur
Mbappedən “Real”a şərt
Nikolas Qonsalesin gələcəyi qeyri-müəyyən olaraq qalır
DAHA ÇOX

Ən çox oxunanlar