“Oyunçularımız bu oyuna hazır deyildi” - Sxadadze

“Oyunçularımız bu oyuna hazır deyildi” - Sxadadze

“Qəbələ” bu gün Misli Premyer Liqasının 23-cü turunda “Sabah”ın qonağı olub.

Sports.az xəbər verir ki, Masazırdakı “Bank Respublika Arena”da keçirilən matçdan sonra “qırmızı-qaralar”ın baş məşqçisi Kaxaber Sxadadzenin mətbuat konfransı olub. Gürcüstanlı çalışdırıcı 1:7 hesabı ilə məğlub olduqları oyunu belə şərh edib:

“Bu gün böyük hesabla məğlub olduq. Belə hallarda əlbəttə ki, məsuliyyəti baş məşqçi üzərinə götürür. Oyunçularımız bu oyuna hazır deyildi. İki kobud səhvə yol verdik. Çox da danışılacaq bir şey yoxdur. Səhvlərimizi təhlil edib, növbəti oyuna hazırlaşacağıq.

Belə olacağını düşünməzdik. Çempionatın lideri olan komanda ilə bir ay ərzində beş oyun keçirmək çox çətindir. Oyunçularımız bu gün xarakter nümayiş etdirə bilmədilər. Kubok oyununda (3:3) bacarmışdılarsa, 0:2-dən oyunu bərabərləşdirə bilmişdiksə, bu oyunda bacarmadılar.

Karyeramda belə bir hesab olmamışdı. Bu da baş verəcəkmiş. Məğlub olmaq olar, amma belə zəif oyunla olmaz. Uşaqlar gəncdir. Əzmkarlıq nümayiş etdirə bilmədilər.

İmkanlar arasındakı fərqdən heç nə danışmaq istəmirəm. Sadəcə, futbolçularımız xarakter göstərmədilər. İmkanla bağlı bir şey deyil. Vaxtilə “Şerif” də “Real”ı məğlub etmişdi”.

Son xəbərlər
MY PSJ-nin cinah hücumçusu ilə maraqlanır
Region Liqasında pley-offun püşkü atıldı
“Eyni komanda ilə bir ayda 5 dəfə oynamaq çox çətindir” - Dambrauskas
“Barselona” “Mançester Siti”nin yarımmüdafiəçisi ilə maraqlanır
“Oyunçularımız bu oyuna hazır deyildi” - Sxadadze
“Liveprul” “İnter”in müdafiəçisi ilə maraqlanır
“Sabah”dan darmadağın
Avropa çempionatından 12 medalla
“Qarabağ”ın əvəzediciləri “Neftçi”yə uduzdu
“Milan” “Mançester Siti”nin müdafiəçisi ilə maraqlanır
“Turan Tovuz” ev oyunlarını Sumqayıt şəhər stadionunda keçirəcək
“Qaradağ Lökbatan”la “Göygöl”dən darmadağın
Brandt İtaliya A Seriyasına keçə bilər
“Qarabağ”ın futbolçusu Kolumbiya millisinə dəvət aldı
Azərbaycan millisində baş məşqçi təyinatı
“Mançester Yunayted” rəhbərliyi qeyri-müəyyənlik içindədir
5 güləşçimiz AÇ-nin yarımfinalında
1-ci Liqa klubunun məşqçisi və həkiminə 4 oyunluq cəza
UEFA rəsmisi AFFA-da görüşlər keçirib
Darvin Nunyes “Çelsi”yə keçidi üçün nə etməlidir?
Mövsümün ən böyükhesablı qələbəsi
Bakıda voleybol məşqçiləri üçün beynəlxalq seminar
1-ci Liqada 18-ci turun təyinatları açıqlandı
Müdafiəçisi “Arsenal”dan ayrıla bilər
Ardıcıl 8-ci quru oyun: Samok 778-ə çatdı
Tanınmış güləşçilər Xırdalanda şagirdlərlə görüş keçirib
50-ci qələbə
“Mançester Siti”nin kapitanı Liqa 1-ə keçə bilər
Tarixin 70-cisi
FIS “Şahdağ”da keçirilməli olan Dünya Kubokunu təxirə saldı
DAHA ÇOX

Ən çox oxunanlar