“Eyni komanda ilə bir ayda 5 dəfə oynamaq çox çətindir” - Dambrauskas

“Sabah” Misli Premyer Liqasının 23-cü turunda bu gün “Qəbələ”ni qəbul edib.
Sports.az xəbər verir ki, 7:1 hesabı ilə qalib gələn “bayquşlar”ın baş məşqçisi Valdas Dambrauskasın oyundan sonra mətbuat konfransı keçirilib. Litvalı mütəxəssis komandasının həqiqətən də yaxşı reaksiya verdiyini bildirib:
“Komandamı təbrik edirəm. Uşaqlar həqiqətən də, yaxşı reaksiya verdilər. Rəqibimiz haqda da çox yaxşı fikirlər səsləndirmək istəyirəm. Ola bilər ki, ötən oyun rəqibin 120 dəqiqə çıxışı təsir etmişdi. İstənilən halda, “Qəbələ” yaxşı komandadır. Həmişə dediyim bir şey var, bu oyunu unudub, növbəti matça hazırlaşmalıyıq. Üç gün sonra oyunumuz var. Bərpa olunmalıyıq
Bu gün həqiətən də, rəqibdən üstün tərəf idik. Daha çox hücumlar edirdik, dominant oyun nümayiş etdirdik. Kubok oyunu ilə çempionat matçları hər yerdə fərqlidir. Çünki ikinci oyun fikirləşməli olursan ki, növbəti mərhələyə adlayan tərəf olasan. Yenə də demək istəyirəm, eyni komanda ilə bir ay ərzində beş dəfə oyun oynamaq çox çətindir. Çünki rəqib də yaxşı komanda idi.
Mikels tam hazır deyildi. Amma bizim üçün vacib oyunçudur. Bu gün də iki qol vurdu. Onun bizə faydası çox mühümdür, çox önəmlidir. İki ayyarımdan çox 90 dəqiqə meydanda olmayıb. Onun son oyunlarda fərqlənməsi həqiqətən möhtəşəmdir.
Andrey Santos qısa müddətdə oyunda oldu. Düzdür, 10 dəqiqəlik çıxışı ilə nəsə demək olmaz. Amma məşqlərdə çox çalışır, çox can yandırır. Bizim üçün hər oyunçumuz dəyərlidir. Çünki bizim qarşıda həm kubok, həm də çempionat oyunlarımız var. Çalışırıq hər birini meydana buraxaq. Ola bilər ki, gələcəkdə bizim əsas oyunçularımızdan olsun.
Mənim üçün favorit oyunçu oyun günü meydana çıxan futbolçudur. Qarşıda bizim çox oyunlarımız var. Bizim üçün hər oyunçu vacibdir. Bur məşqçi kimi belə geniş heyətimin olması mənim üçün sevindirici haldır.
“Qarabağ”la matçdakı münaqişə ilə bağlı bütün şərhlərmizi vermişik. Bu məsələ bizim üçün bitib. Bunun üstündən artıq bir həftə keçib. Bu, bizim üçün də, “Qarabağ” üçün də başa çatıb. Bizim üçün hər rəqib önəmlidir”.





























