“Sabah”ın məşqçisinə 7, “Qarabağ”ın məşqçilərinə 6 oyunluq cəza

“Sabah”ın məşqçisinə 7, “Qarabağ”ın məşqçilərinə 6 oyunluq cəza

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Sports.az xəbər verir ki, iclasda Misli Premyer Liqasının 22-23-cü turları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:

22-ci turun “Qarabağ” – “Sabah” oyununda “Sabah”ın məşqçisi Valerio Zuddas rəqib ehtiyat skamyaya qeyri-etik jest etdiyinə görə 7 oyun cəza alıb, “Sabah” komandası 15000 manat cərimə edilib. “Qarabağ” – “Sabah” oyununda “Qarabağ” komandasının məşqçisi Müşfiq Hüseynov kütləvi davada iştirak etdiyinə görə 6 oyun cəza alıb, “Qarabağ” komandası 6000 manat cərimə edilib. “Qarabağ”ın məşqçisi Zaur Tağızadə kütləvi davada iştirak etdiyinə görə 6 oyun cəza alıb, “Qarabağ” 6000 manat cərimə edilib.

23-cü turun “Şamaxı” – “İmişli” oyununda “İmişli”də 5 nəfər sarı vərəqə aldığı üçün “İmişli” komandası 700 manat cərimə edilib.

“Zirə” – “Kəpəz” oyununda “Kəpəz” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Kəpəz” komandası 700 manat cərimə edilib.

“Neftçi” – “Turan Tovuz” oyununda “Neftçi” komandasının azarkeşləri tərəfindən təhqiredici pankart açıldığına görə “Neftçi” komandası 15000 manat cərimə edilib.

“Neftçi” – “Turan Tovuz” oyununda “Neftçi” komandasının azarkeşləri tərəfindən hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə 5-ci dəfə təkrarlandığına görə “Neftçi” komandası 8000 manat cərimə edilib.

Son xəbərlər
Mikelsdən Premyer Liqada 50-ci qol
Dörd komanda 70 manatlıq cərimələndi
Premyer Liqanın ən ucuzlaşmış futbolçusu məlum oldu
“Şəmkir”ə texniki məğlubiyyət verildi
“Sabah”ın məşqçisinə 7, “Qarabağ”ın məşqçilərinə 6 oyunluq cəza
Kapitanı “Tottenhem” rəhbərliyinə xəbərdarlıq ünvanladı
“Sabah”dan 100-cü qələbə
Günün oyunları – TV
İspaniyada Xabi Alonso ilə bağlı iddialı fikir hakimdir
“Şamaxı” portuqaliyalı futbolçu transfer etdi
Millimiz Bolqarıstanla səfər oyununa çıxır
“Real”ı “Barselona”nın keçmiş oyunçusu çalışdıra bilər
Bakıda Strateji Kommunikasiyalar üzrə seminar keçirilib
Yüksək Liqada 17-ci tur başlayır
“Barselona” və “Arsenal” “Borussiya”nın yarımmüdafiəçisini güdürlər
Çempionlar Liqasında bu gün daha dörd oyun keçiriləcək
Qadın güləşçilər AÇ-də mübarizəyə başlayır
PSJ yarımmüdafiəçisinə transfer qiyməti müəyyənləşdirdi
“Tottenhem” baş məşqçisini qova bilər
Əfsanəsi “Roma”ya qayıdacaq
Kvaratsxeliya PSJ-ni seçməsini əsaslandırdı
Maldini “Latsio”da məmnundurmu?
Kapello Milan derbisini şərh etdi
Platini Mbappe haqda fikrini bildirdi
Levandovski “Barselona”nın prezidenti vəzifəsində görmək istədiyi şəxsi açıqladı
Kuman De Yonqun zədələnməsini şərh etdi
“Tottenhem”in oyunçusu keçmiş baş məşqçini tənqid etdi
“Qalatasaray” “Liverpul”a qalib gəldi
Avropa çempionatına 5 medalla start
Azərbaycanın daha 3 güləşçisi AÇ-nin finalında!
DAHA ÇOX

Ən çox oxunanlar