Azərbaycan futbolu
“Araz-Naxçıvan” “Karvan-Yevlax”a, “Sumqayıt” “Şamaxı”ya qarşı

13.03.2026 | 09:20
Bu gün Misli Premyer Liqasında 24-cü tura start veriləcək.
Sports.az xəbər verir ki, ilk gündə 2 oyun baş tutacaq.
Öncə “Araz-Naxçıvan” “Karvan”la qarşılaşacaq. Digər oyun “Sumqayıt”la “Şamaxı” arasında keçiriləcək.
“İmişli” – “Sabah” və “Zirə” – “Qarabağ” oyunları 14 martda, “Kəpəz” – “Turan Tovuz” və “Qəbələ” – “Neftçi” görüşləri 15 martda keçiriləcək.
Misli Premyer Liqası
24-cü tur
13 mart
“Araz-Naxçıvan” – “Karvan-Yevlax”
Hakimlər: Kamranbəy Rəhimov, Zeynal Zeynalov, Kərim Zeynalov, İslam Məmmədov.
“Liv Bona Dea Arena”. 18:30.
“Sumqayıt” – “Şamaxı”
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Əkbər Əhmədov.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu. 20:30.
Son xəbərlər





























