“İmişli” “Sabah”a, “Zirə” “Qarabağ”a qarşı

Misli Premyer Liqasında 24-cü turun oyunları keçirilir.
Sports.az xəbər verir ki, bu gün daha 2 oyun baş tutacaq.
Əvvəlcə, “İmişli” lider “Sabah”ı qəbul edəcək. Qubada keçiriləcək oyunun baş hakimi Rauf Cabbarov olacaq.
Turun mərkəzi oyununda isə “Zirə” son çempion “Qarabağ”la qarşılaşacaq. Oyunu Fərid Hacıyev idarə edəcək.
Daha öncə keçirilmiş oyunlarda “Araz-Naxçıvan” “Karvan-Yevlax”a (2:1), “Şamaxı” “Sumqayıt”a (1:0) qalib gəlib. “Kəpəz” – “Turan Tovuz” və “Qəbələ” – “Neftçi” matçları isə sabah keçiriləcək.
Misli Premyer Liqası
24-cü tur
14 mart
“İmişli” – “Sabah”
Hakimlər: Rauf Cabbarov, Akif Əmirəli, Şirmamed Mamedov, Alik Yunusov.
Quba Olimpiya İdman Kompleksinin stadionu. 15:00.
“Zirə” – “Qarabağ”
Hakimlər: Fərid Hacıyev, Namik Hüseynov, Rəhman İmami, Vüqar Həsənli.
Zirə İdman Kompleksinin stadionu. 19:15.





























