Azərbaycan futbolu
“Araz-Naxçıvan” mövsümün son oyunlarını Sumqayıtda keçirəcək

14.03.2026 | 20:00
“Araz-Naxçıvan” futbol klubu Peşəkar Futbol Liqasına rəsmi müraciət edərək komandanın ev oyunlarını keçirdiyi “Liv Bona Dea Arena”da əsaslı təmir işlərinin aparılacağını bildirib.
Sports.az bu barədə PFL-in rəsmi saytına istinadən xəbər verir.
Bununla əlaqədar olaraq klub Peşəkar Futbol Liqasına alternativ stadion kimi “SOCAR Polymer Arena”nı təqdim edib. Peşəkar Futbol Liqasının qərarına əsasən “Araz-Naxçıvan” 17-19 aprel tarixlərində baş tutacaq "Turan Tovuz" ilə oyundan etibarən mövsümün sonuna qədər ev oyunlarını həmin arenada keçirəcək.
Son xəbərlər





























