“Qarabağ” hesabı açandan sonra oyunumuzda eniş oldu” – Rəşad Sadıqov

“Qarabağ” hesabı açandan sonra oyunumuzda eniş oldu” – Rəşad Sadıqov

“Zirə” bu gün Misli Premyer Liqasının 24-cü turunda “Qarabağ”ı qəbul edib.

Sports.az xəbər verir ki, 1:3 hesabı ilə məğlub olan “qartallar”ın baş məşqçisi Rəşad Sadıqovun oyundan sonra mətbuat konfransı keçirilib. Sadıqov oyuna yaxşı başladıqlarını bildirib:

“Oyun bizim üçün yaxşı başladı. Yaxşı, təhlükəli hücumlarımız oldu. “Qarabağ” hesabı açandan sonra oyunumuzda bir az eniş oldu. Rəqib hətta ikinci qolu da vura bilərdi. Hissənin sonlarında yenidən toparlandıq. İkinci hissəyə də yaxşı başladıq. Dəyişikliklər etdik və hesab arasındakı fərqi azaltdıq. Bir az da basqı edib, bərabərlik qolunu vurmaq istəyirdik. Təəssüf ki, alınmadı. Oyunçularım sona kimi mübarizə apardılar, yaxşı döyüşdülər.

“Qarabağ” Çempionlar Liqasından kənarlaşdıqdan sonra hiss olunur ki, bütün diqqətini çempionata yönəldib. Bu cür komandaya qarşı uğurlu nəticə qazanmaq üçün gərək sənin də komandan tam hazır olsun. Çox ciddi itkilərimiz var. Brahima Konate zədəlidir, Qismət Alıyev beş gündür qızdırmadan yatır. Həqiqətən, bu gün Qismətin yerini doldura bilmirik. Qarşıda çox sıx qrafikimiz olacaq. Ona görə, istəyirik ki, bütün futbolçularımız optimal formada olsun.

Epizodlara paltardəyişmə otağında baxdım. Mənə görə, hər ikisi penalti idi. Bu gün həmin penaltilər verilsəydi, əminəm ki, şərhlərdə hər kəs deyəcəkdi düzgün qərardır. Verilmədiyinə görə isə, hamı deyəcək ki, penalti yox idi. Qalır hakimlərin qərarlarına. Ona görə deyirəm ki, mübahisəyə açıq epizodlardır.

Qomis zədələnib. Bilmirəm, “Karvan-Yevlax”la oyunda 10-15 dəqiqə oynayar, oynamaz. Amma görünən odur ki, milli fasildən sonra qayıdacaq.

Bu gün məqsədimiz odur ki, sona kimi mübarizə aparaq. Mövsümün sonunda, xüsusilə də, avrokuboklara düşmək istəyirik. Amma rəhbərlik bizim qarşımıza belə bir hədəf qoymayıb. Sadəcə, özümüz əlimizdən gələni edirik ki, mövsümün sonunda avrokuboklara düşən komandalardan biri biz olaq”.

Son xəbərlər
Avropa çempionatında daha 2 medal
“Bayern” Leverkuzendən 1 xalla döndü
Elmin Əliyev Avropa çempionatının finalında
“Qalatasaray”dan darmadağın
“Liverpul” rəhbərliyinin Slota münasibəti haqda məlumat yayıldı
Azərbaycan yığması səfərdə Monteneqroya məğlub oldu
“İnter” “Bayern”in iki oyunçusu ilə maraqlanır
Naxçıvanda iki stadion futbol federasiyasından geri alındı
“Qarabağ” hesabı açandan sonra oyunumuzda eniş oldu” – Rəşad Sadıqov
“Mübarizəmizi sona kimi davam etdirəcəyik” - Qurban Qurbanov
Girassi İtaliya A Seriyasına üz tuta bilər
“Zirə” “Qarabağ”a belə uduzdu - VİDEO
Mirzəliyevdən beynəlxalq yarışda gümüş medal
“Sabah”la “Qarabağ”dan qələbə
“Ştutqart”ın “dayaqçı”sı hara üz tutacaq?
“İstedadların seçimi” turnirinin 2-ci turunun mükafatçıları bilindi
“Neftçi” “Abşeron Lions”a uduzdu
“Araz-Naxçıvan” mövsümün son oyunlarını Sumqayıtda keçirəcək
“Sabah” “İmişli”ni də böyük hesabla yendi - VİDEO
“Öz səhvlərimizin ucbatından çox qol buraxdıq”
MY “Vest Hem”in yarımmüdafiəçisi ilə maraqlanır
“Daha da yaxşısını edə bilərik” - Dambrauskas
“Gəncə” “Sabah”a məğlub oldu
“Barselona” “Çelsi”nin hücumçusuna göz dikib
Ülviyyə Fətəliyevadan növbəti qələbə
Azərbaycan çempionatı başa çatdı
“Ateltiko” ulduzunu “Barselona”ya satmayacaq
Azərbaycan çempionatının ilk qalibləri bəlli oldu
Yığmamız FIBA Çempionlar Kubokunun yarımfinalında
“Real” Entso Fernandesi əldə etmək üçün tədbir görür
DAHA ÇOX

Ən çox oxunanlar