“Qarşıda daha yaxşı “Kəpəz” görəcəyik”

“Kəpəz” bu gün Misli Premyer Liqasının 24-cü turunda “Turan Tovuz”la qarşılaşıb.
Sports.az xəbər verir ki, Yevlax şəhər stadionunda keçirilən və 1:1 hesabı ilə başa çatan matçdan sonra Gəncə təmsilçisinin baş məşqçisi Azər Bağırovun mətbuat konfransı olub. Bağırov yaxşı oyun olduğunu bildirib:
“Azarkeşlərimizə təşəkkür etmək istəyirəm, komandanı sona kimi dəstəklədilər. İnanıram ki, futbolçular nümayiş etdirdikləri oyunla bunun əvəzini verməyə çalışdılar. Yaxşı oyun oldu, qollar vuruldu. Bəzi texniki çatışmazlıqları aradan qaldırsaq, qarşıda daha yaxşı “Kəpəz” görəcəyik.
Son neçə oyundur ki, ümumiyyətlə, sabit çıxış edirik. İstər “Sumqayıt” olsun, istər “Neftçi”, istərsə də bu gün buradakı oyunda. Uşaqlar həqiqətən, meydanda yaxşı mübarizə apardılar”.





























