"Turan Tovuz"un qapıçısının 812 dəqiqəlik "quru" seriyasına son qoyuldu

"Turan Tovuz"un qapıçısının 812 dəqiqəlik "quru" seriyasına son qoyuldu

="Turan Tovuz"un qapıçısı Sergey Samokun Misli Premyer Liqasındakı "quru" seriyası qırılıb.

Sports.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, rusiyalı qolkiper mövsümdə ilk qolunu XXIV turun "Kəpəz"lə səfər matçında (1:1) buraxıb.

Samokun seriyasını Rəhman Hacıyev 55-ci dəqiqədə qırıb. Bunadək ötən çempionatda 2, cari mövsümdə 6 dəfə qapısını toxunulmaz saxlayan qapıçı sonuncu dəfə 2024/2025 mövsümünün XXXIV turunda qol buraxıb. O, "Neftçi" ilə 2025-ci il mayın 10-da baş tutan ev matçının (1:2) 32-ci dəqiqəsində Dembo Darbonun vurduğu topu dəf edə bilməyib.

Hacıyevin qoluna qədər Samok 812 "quru" dəqiqə keçirib. O, Azərbaycan çempionatlarının yüksək dəstəsinin tarixində 800 dəqiqə və daha uzun seriyaya imza atan 9-cu əlcək sahibi olub.

1. Nizami Sadıqov ("Turan") – 1106 dəqiqə

2. Xalidu Sissoko ("Bakı") – 985

3. Xalidu Sissoko ("Bakı") – 971

4. Camaləddin Əliyev ("Qarabağ") – 958

5. Pavel Doroşev ("Qəbələ") – 952

6. Elxan Həsənov ("Neftçi") – 943

7. Dmitri Bezotosnı ("Qəbələ") - 915

8. Boyan Pavloviç ("Qarabağ") – 828

9. Sergey Samok ("Turan Tovuz") - 812

Son xəbərlər
"Şamaxı" Premyer Liqada 300-cü, bütün turnirlərdə 400-cü qələbəsini qazandı
"Neftçi"nin tarixinə düşən penalti
Qvardiola “Mançester Siti”nin fəsadını açıqladı
Musa Qurbanlıdan Premyer Liqada 100-cü oyun
"Turan Tovuz"un qapıçısının 812 dəqiqəlik "quru" seriyasına son qoyuldu
De Yonqun zədədən qayıdış tarixi açıqlandı
Menyan “Milan”a münasibəti haqda söhbət açdı
“Arsenal” argentinalı hücumçu müqabilində nəhəng xərc çəkməyə hazırdır
Günün oyunları – TV
Levandovski “Barselona”ya keçidini xatırladı
“Mançester Yunayted”in həmsahibi Karrikin işini qiymətləndirdi
Superkompüter Premyer Liqanın gələcək qalibini açıqladı
Rodri “Mançester Siti”nin iddiası ortaya qoydu
“Mançester Yunayted”də “təmizlik” işləri nəzərdə tutulub
Arteta “Arsenal”ın müstəsna cəhətini açıqladı
“Barselona”dan darmadağın
“Tuluza” və “Lill”dən səfər qələbəsi
“Milan” “Latsio”ya, “Roma” “Komo”ya uduzdu
“Ştutqart”a bir qol bəs etdi
Elmin Əliyev Avropa çempionu oldu
Azərbaycan cüdoçularından Varşavada daha iki medal
Zaretskadan Premyer Liqada bürünc medal
“Mançester Yunayted”dən növbəti qələbə
“Beşiktaş”dan inamlı qələbə
“Köln”ün hücumçusu Premyer Liqaya üz tuta bilər
Bir oyunun stadionu dəyişdirildi
Luis Enrike “Atletiko”nun hücumçusunu Parisdə görmək istəyir
“İstedadların seçimi” yarışının 2-ci turu başa çatdı
Yarımfinalçılar müəyyənləşdi
“Çelsi” “Strasbur”un yarımmüdafiəçisini istəyir
DAHA ÇOX

Ən çox oxunanlar