Ruy Jorjenin təqdimat mərasimi keçirildi, müqavilə müddəti açıqlandı

Bu gün Azərbaycanın 20 yaşadək futbolçulardan ibarət millisinin baş məşqçisi Ruy Jorjenin təqdimat mərasimi keçirilib.
Sports.az xəbər verir ki, tədbirdə 55 yaşlı mütəxəssislə yanaşı AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev də iştirak edib.
Sərxan Hacıyev mətbuat konfransında bildirib ki, Azərbaycanda keçiriləcək futbol üzrə U-20 dünya çempionatı ilə bağlı müəyyən işlər aparılır.
AFFA rəsmisi Azərbaycanın U-20 yığmasının ev sahibi kimi turnirə qatılacağını söyləyib. O, komandaya portuqaliyalı mütəxəssis Ruy Jorjenin baş məşqçi təyin olunduğunu xatırladıb. Hacıyev Jorjenin köməkçilərindən birinin yerli məşqçi olacağını deyib.
Ruy Jorjenin müqaviləsinin müddəti də açıqlanıb. Mütəxəssis bu barədə mətbuat konfransında bildirib.
"Qarşıdakı 1 il, 7 ay ərzində çox yaxşı təcrübə keçə bilərik. Bu müddət ərzində bərabər olacağıq".
O, burada olmaq mənim üçün qürur duyduğunu söyləyib: "Uğur qazanmaq oyunçuların istəyindən və əzmkarlığından asılıdır. Bunları bacara bilsək, uğurlara nail ola bilərik. Azərbaycan millisinin sabiq baş məşqçisi Fernandu Santuşla buraya gəlməmişdən əvvəl danışmışdım. Həm ölkə, həm də insanlar haqqında xoş sözlər dedi. Buraya gəldiyim ilk gündən gördüm ki, onun dedikləri ilə üs-üstə düşür".





























