Lənkəranda futzal turniri keçirilib

Lənkəranda futzal turniri keçirilib

UEFA-nın “HatTrick” proqramı çərçivəsində Azərbaycanda həyata keçirilən “Məktəblərdə Futbol Dərsi” layihəsinin cənub regionu üzrə futzal turniri başa çatıb.

Sports.az xəbər verir ki, Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil müəssisələrinin şagirdləri arasında təşkil olunan turnirdə ümumilikdə 10 məktəbin komandası iştirak edib.

Lənkəran şəhəri Sütəmurdov kənd tam orta məktəbin idman zalında keçirilən yarışlarda 100-dən çox şagird (qız və oğlan) mübarizə aparıb.

Turnirin final görüşündə 4 saylı tam orta məktəbin komandasını üstələyən ev sahibi komanda – Sütəmurdov kənd tam orta məktəbinin kollektivi yarışın qalibi olub. 4 saylı tam orta məktəbin komandası ikinci, Hirkan kənd tam orta məktəbinin kollektivi isə üçüncü yeri tutub.

Sonda qaliblərin mükafatlandırma mərasimi keçirilib. AFFA tərəfindən qalib komandaya kubok, ilk üç yeri tutan kollektivlərə isə hədiyyələr təqdim olunub. Bununla yanaşı, turnir ərzində fərqlənən oyunçular müxtəlif fərdi nominasiyalar üzrə mükafatlarla təltif ediliblər. Mükafatları komanda üzvlərinə AFFA-nın Kütləvi Futbol Departamentinin rəhbəri, veteran futbolçu Fərrux İsmayılov təqdim edib.

Qeyd edək ki, “Məktəblərdə Futbol Dərsi” layihəsinin təşkilində əsas məqsəd məktəblilərin idmana, xüsusilə futbola marağını artırmaq, sağlam həyat tərzinin təşviqinə töhfə vermək, şagirdlərin fiziki aktivliyini yüksəltmək, futbol vasitəsilə komanda işi, dostluq və “fair-play” kimi dəyərlərin aşılanmasına şərait yaratmaqdır.

Son xəbərlər
“Barselona” “Köln”ün hücumçusu ilə maraqlanır
“Yuventus” yayda hücumçusu ilə ayrıla bilər
Azərbaycanın 2026-cı il üzrə “İdman səfirləri” müəyyənləşdi
Lənkəranda futzal turniri keçirilib
Premyer Liqada daha 3 turun oyun cədvəli açqlandı
“Atletiko” “Fənərbağça”nın müdafiəçisi ilə maraqlanır
“Xankəndi” və “Qaradağ Lökbatan”dan darmadağın
Yarımfinalın cavab oyunlarının vaxtı bəlli oldu
“Mingəçevir” Orxan Sadıqlı ilə yollarını ayırdı
“Real” “Bayern”in hücumçusunu hədəfə aldı
İsayev məşqçilərlə ilk görüşünü keçirib
ABF-dən məşqçilər üçün nəzəri və praktiki seminar
“Napoli” “Arsenal”ın müdafiəçisi ilə maraqlanır
Əliyev İspaniyada beynəlxalq turnirdə iştirak edəcək
UEFA B kateqoriyalı qapıçı məşqçisi kursu təşkil olunub
“Çelsi”nin yarımmüdafiəçisi “zadəganlar”dan ayırla bilər
Azərbaycan dünya çempionatı və dünya seriyasına ev sahibliyi edəcək
“Difai” Buzovnaya köçdü
“Bornmut”un müdafiəçisi bir neçə klubun maraq dairəsindədir
1-ci Liqada 19-cu turun təyinatları açıqlandı
"Şamaxı" - "Araz-Naxçıvan" oyununun təyinatları açıqlandı
“Arsenal” “Brüggen”nin hücumçusuna göz dikib
“Şamaxı”nın futbolçusuna 1 oyunluq cəza
Ən ağır cəza “Mingəçevir”ə kəsildi
MY “Atalanta”nın yarımmüdafiəçisini satın almağa hazırlaşır
“Neftçi” yenə azarkeşlərinə görə ziyana düşdü
Əliyar Ağayevə UEFA-dan növbəti təyinat
Haland “Mançester Siti”dən nə vaxt ayrılacaq?
Yüksək Liqada müntəzəm mövsümün son turu başlayır
Millimiz Ukrayna yığmasına qarşı
DAHA ÇOX

Ən çox oxunanlar