“Karvan-Yevlax” “Zirə”yə, “Sabah” “Sumqayıt”a qarşı

Misli Premyer Liqasında 25-ci turun oyunları keçirilir.
Sports.az xəbər verir ki, bu gün daha 2 oyun baş tutacaq.
“Karvan-Yevlax” “Zirə”ni qəbul edəcək. Bu görüşün baş hakimi Rəşad Əhmədov olacaq.
Lider “Sabah” isə “Sumqayıt”la qarşılacaq. Oyunu Rəvan Həmzəzadə idarə edəcək.
Turun açılış oyununda “Şamaxı” “Araz-Naxçıvan”a uduzub – 0:1. “Kəpəz” – “Qarabağ” və “Neftçi” – “İmişli” oyunları sabah, “Turan Tovuz” – “Qəbələ” görüşü martın 21-də keçiriləcək.
Misli Premyer Liqası
25-ci tur
19 mart
“Karvan-Yevlax” – “Zirə”
Hakimlər: Rəşad Əhmədov, Eyyub İbrahimov, Gülnurə Əkbərzadə, Namiq Bəkirov.
Yevlax şəhər stadionu, 15:00.
“Sabah” – “Sumqayıt”
Hakimlər: Rəvan Həmzəzadə, Zöhrab Abbasov, Şirmamed Mamedov, Vüqar Həsənli.
“Bank Respublika Arena”, 19:15.





























