AFFA və BFF-nin birgə təşkilatçılığı ilə məşqçi kursları başlayıb

AFFA və BFF-nin birgə təşkilatçılığı ilə məşqçi kursları başlayıb

AFFA və Bakı Futbol Federasiyasının (BFF) birgə təşkilatçılığı ilə D kateqoriyalı məşqçi kurslarına start verilib.

Sports.az milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, AFFA tərəfindən qəbul edilmiş Futbolun İnkişaf Strategiyasına uyğun olaraq Bayıl stadionunda təşkil olunan kursa ümumilikdə 25 iştirakçı cəlb edilib.

Açılış mərasimində AFFA-nın Kütləvi Futbol Departamentinin rəhbəri Fərrux İsmayılov, BFF-nin prezidenti Tahir Süleymanov və məşqçi kurslarının təlimatçısı İlham Əzizzadə çıxış edərək iştirakçılara uğurlar arzulayıblar. Daha sonra Kütləvi Futbol Departamentinin aparıcı mütəxəssisi Orxan Mikayıllı tərəfindən iştirakçılara kursun məqsədi və proqramı barədə ətraflı məlumat təqdim olunub.

İlk gündə AFFA-nın məşqçi kurslarının təlimatçıları İlham Əzizzadə və Fərrux İsmayılov tərəfindən "Kütləvi futbolda əsas prinsiplər", "Məşq metodları", "Məşqçi davranışları" və digər mövzular üzrə təqdimatlar keçirilib. Təqdimatlar əsasında mövzular müxtəlif aspektlərdən geniş müzakirə olunub.

Qeyd edək ki, kursun ilk günü nəzəri hissədən ibarət olub və təlim proqramı ümumilikdə 3 gün davam edəcək.

Son xəbərlər
Messidən 900-cü qol
“Karvan-Yevlax” “Zirə”yə qarşı - YENİLƏNİR
“Araz-Naxçıvan”ın iki legionerinə milli komandalarından dəvət gəlib
Millimizin heyəti açıqlandı
Bakıda kişi boksçular arasında beynəlxalq təlim-məşq toplanışı başlayır
Azərbaycanı Barselonada üç paraüzgüçü təmsil edəcək
Yüksək Liqada 18-ci turun son oyunu keçiriləcək
Konfrans Liqasında 1/8 finalın cavab oyunları keçiriləcək
AFFA və BFF-nin birgə təşkilatçılığı ilə məşqçi kursları başlayıb
1/4 finala yüksələcək sonuncu komandalar müəyyənləşir
Yüksək Liqada 15-ci turun oyunları keçiriləcək
Günün oyunları – TV
Azərbaycan çempionatının finalçıları müəyyənləşdi
“Qalatasaray”da iki ciddi itki
“Karvan-Yevlax” “Zirə”yə, “Sabah” “Sumqayıt”a qarşı
“Qalatasaray” Çempionlar Liqası ilə vidalaşdı
“Trabzonspor”a bir qol bəs etdi
Kalafyori İtaliya nəhənginə qoşula bilər
1/4 finala yüksələn ilk komanda bəlli oldu
“Mançester Siti”nin müdafiəçisi Milana köçə bilər
ACF tərəfindən 25 klub və idman təşkilatına lisenziya təqdim edildi
“Barselona” “Borussiya”nın hücumçusu ilə maraqlanır
Şirvanda BWF-nin badminton təlimləri keçirilib
“Aston Villa” ulduzunu itirə bilər
“Azərreyl” və “DH Volley”dən qələbə
Slot Niderland nəhəngini çalışdıra bilər
“Şəfa” qalib gəldi, “Səbail” xal itirdi
Kvaratsxeliya “Arsenal”a keçir?
20-ci turun oyun cədvəli açıqlandı
PSJ “Bayern”in hücumçusunu satın almağa hazırdır
DAHA ÇOX

Ən çox oxunanlar