Banişevskinin xatirəsinə həsr olunan beynəlxalq turnir başlayıb

Banişevskinin xatirəsinə həsr olunan beynəlxalq turnir başlayıb

"Neftçi" və Rusiyanın "Dinamo" (Moskva) klubunun birgə təşkilatçılığı ilə Azərbaycan futbolunun əfsanəsi, unudulmaz "9 nömrə" Anatoli Banişevskinin xatirəsinə həsr olunmuş "Bakı Kuboku" beynəlxalq turnirinə start verilib.

Sports.az xəbər verir ki, 2015-ci il təvəllüdlü futbolçular arasında "Palms Sports" Futbol Mərkəzində keçirilən turnirin ilk günündə 8 oyun baş tutub.

B qrupunda yer alan "Neftçi" əvvəlcə Voronej "Dinamo"su ilə qarşılaşıb. Komanda Salman Səlimovun vurduğu qolla hesabı açsa da, sonda məğlub olub – 1:6. "Ağ-qaralar" günün ikinci matçında "Qarabağ"a 1:4 hesabı ilə uduzub. "Neftçi"nin heyətində yenə Salman Səlimov fərqlənib.

B qrupunda digər oyunlar belə nəticələnib:

"Qarabağ" – "Göztəpə" 5:5

"Göztəpə" – "Dinamo" (Voronej) 0:6

A qrupunun ilk oyunlarında Moskva "Dinamo"su "Kayrat"a 1:0, "Beşiktaş" isə "Ulduz"a 3:1 hesabı ilə qalib gəlib. İkinci matçlarda "Kayrat" "Ulduz" üzərində 2:1 hesablı qələbə qazanıb, "Beşiktaş"la "Dinamo" isə xalları yarı bölüblər – 1:1.

A qrupunda 2 oyundan 4 xal toplayan "Beşiktaş" və "Dinamo" (Moskva) 1-2-ci yerləri bölüşürlər. "Kayrat" 3 xalla 3-cü, xalsız qalan "Ulduz" sonuncudur.

B qrupunda maksimum nəticə göstərən "Dinamo" (Voronej) 6 xalla liderdir. "Qarabağ" 4 xalla 2-ci, "Göztəpə" 1 xalla 3-cü, "Neftçi" 0 xalla 4-cüdür.

"Ağ-qaralar" sabah qrupdakı son matçını "Göztəpə"yə qarşı keçirəcək. Bundan başqa, "Dinamo" (Voronej) "Qarabağ"la, "Dinamo" (Moskva) "Ulduz"la, "Kayrat" isə "Beşiktaş"la yarışacaq.

Daha sonra A qrupunun qalibi B qrupunun 2-cisi ilə, B qrupunun qalibi isə A qrupunun 2-cisi ilə qarşılaşacaq. Qruplarda 3-cü və 4-cü yeri tutanlar da eyni qaydada mübarizə aparacaqlar.

Turnirin sonuncu günü – martın 21-də 7-ci, 5-ci, 3-cü yerlər uğrunda oyunlar və final matçı keçiriləcək. Həlledici görüşdən sonra mükafatlandırma mərasimi təşkil olunacaq.

Son xəbərlər
“Qarabağ”ın legionerləri milli komandalarından dəvət alıblar
İsgəndər Əsgərov Avropa Kuboku oyununa təyinat alıb
“Böyük Dəbilqə”də daha 4 cüdoçumuz mübarizəyə başlayır
“Turan Tovuz” “Qəbələ”yə qarşı
“Mançester Yunayted” səfərdə xal itirdi
“Vilyarreal”dan inamlı qələbə
“Lans” darmadağına sevindi
“Napoli”yə 1 qol bəs etdi
“Leypsiq”dən darmadağın
Kurçi mükafatlandırıldı
“Neftçi” 3 xalı 6 qolla qazandı - VİDEO
“İmişli”yə borcumuzu qaytarmalıydıq” - Vernidub
“Nəticəyə görə azarkeşlərimizdən üzr istəyirəm”
"Qarabağ" uduzdu, "Neftçi" darmadağına sevindi
Azərbaycan cüdoçusundan “Böyük Dəbilqə”də gümüş medal
“Zirə”nin əvəzedicilərindən darmadağın
“Qarabağ” “Kəpəz”ə belə uduzdu - VİDEO
“Çox qaçdıq, çox çalışdıq və istədiyimiz qələbəni qazandıq” - Azər Bağırov
“Təkrara baxdım, mənə görə, penalti idi” - Qurban Qurbanov
“Qarabağ”ın legioneri milliyə çağırıldı
“Sumqayıt”ın 2 legionerinə milli komandalarından dəvət
2026/27 mövsümündə istifadə olunacaq toplar müəyyənləşdi
Vəliyevdən Dünya Seriyasında gümüş medal
2-ci Liqada 21-ci və 22-ci turun oyun cədvəli açıqlandı
Bayramov “Böyük Dəbilqə”nin finalında
Millimizin “FIFA Series – 2026” turniri üçün heyəti açıqlandı
Əvəzedicilərin yarışında daha 2 turun oyun cədvəli açıqlandı
“Neymarı yenidən milli komandada görməyə ümid edirəm” -Rafinya
Millimiz Türkiyədə bürünc medal qazandı
Xudiyevə UEFA-dan növbəti təyinat
DAHA ÇOX

Ən çox oxunanlar