“D” kateqoriyalı məşqçi kurslarına start verilib

“D” kateqoriyalı məşqçi kurslarına start verilib

AFFA və Bakı Futbol Federasiyasının (BFF) birgə təşkilatçılığı ilə “D” kateqoriyalı məşqçi kurslarına start verilib.

Sports.az xəbər verir ki, AFFA tərəfindən qəbul edilmiş Futbolun İnkişaf Strategiyasına uyğun olaraq Bayıl stadionunda təşkil olunan kursa ümumilikdə 25 iştirakçı cəlb edilib.

Açılış mərasimində AFFA-nın Kütləvi Futbol Departamentinin rəhbəri Fərrux İsmayılov, BFF-nin prezidenti Tahir Süleymanov və məşqçi kurslarının təlimatçısı İlham Əzizzadə çıxış edərək iştirakçılara uğurlar arzulayıblar.

Daha sonra Kütləvi Futbol Departamentinin aparıcı mütəxəssisi Orxan Mikayıllı tərəfindən iştirakçılara kursun məqsədi və proqramı barədə ətraflı məlumat təqdim olunub. İlk gündə AFFA-nın məşqçi kurslarının təlimatçıları İlham Əzizzadə və Fərrux İsmayılov tərəfindən “Kütləvi futbolda əsas prinsiplər”, “Məşq metodları”, “Məşqçi davranışları” və digər mövzular üzrə təqdimatlar keçirilib. Təqdimatlar əsasında mövzular müxtəlif aspektlərdən geniş müzakirə olunub.

Qeyd edək ki, kursun ilk günü nəzəri hissədən ibarət olub və təlim proqramı ümumilikdə 3 gün davam edəcək.

Son xəbərlər
“Beşiktaş”dan çətin qələbə
ACF kəmər dərəcələri üzrə imtahan təşkil edib
“Böyük Dəbilqə”: Azərbaycan cüdoçularının ilk rəqibləri bəlli oldu
Güləşin ulduzları yenidən səhnədə
“Sabah” “Sumqayıt”a belə qalib gəldi – VİDEO
“D” kateqoriyalı məşqçi kurslarına start verilib
Azərbaycan yığmasının Portuqaliya və Bolqarıstanla oyunlar üçün heyəti açıqlandı
“Fasilədə oyunçulardan futbolu unutmalarını istəyəcəm” – Dambrauskas
“Sabah”ın bizdən güclü olmasını qəbul edirəm” - İliç
“Sabah”dan darmadağın, “Zirə”dən çətin qələbə
Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu açıqlandı
“Neftçi” “İmişli” ilə oyuna itki ilə çıxacaq
Banişevskinin xatirəsinə həsr olunan beynəlxalq turnir başlayıb
“Karvan-Yevlax” “Zirə”yə belə uduzdu - VİDEO
“Bu oyunla məğlubiyyətə layiq deyildik” - Füzuli Məmmədov
Yüksək Liqada müntəzəm mövsümə yekun vuruldu
AFFA-nın baş katibi Regional Futbol Federasiyalarının rəhbərləri ilə görüşdü
“Bu komandalar üzərində qələbə qazanmaq çətin olur” - Rəşad Sadıqov
Son gündə iki heç-heçə
“Neftçi” vahid lider oldu, bir oyun baş tutmadı
Keyndən Çempionlar Liqasında ilk
"Qalatasaray" kompensasiya tələb edir
“Santos” baş məşqçisiz qaldı
Messidən 900-cü qol
“Araz-Naxçıvan”ın iki legionerinə milli komandalarından dəvət gəlib
Millimizin heyəti açıqlandı
Bakıda kişi boksçular arasında beynəlxalq təlim-məşq toplanışı başlayır
Azərbaycanı Barselonada üç paraüzgüçü təmsil edəcək
Yüksək Liqada 18-ci turun son oyunu keçiriləcək
Konfrans Liqasında 1/8 finalın cavab oyunları keçiriləcək
DAHA ÇOX

Ən çox oxunanlar