Azərbaycan futbolu
“Kəpəz” “Qarabağ”a, “Neftçi” “İmişli”yə qarşı

20.03.2026 | 09:00
Misli Premyer Liqasında 25-ci turun oyunları keçirilir.
Sports.az xəbər verir ki, bu gün daha 2 oyun baş tutacaq.
“Qarabağ” “Kəpəz”in qonağı olacaq. “Neftçi” isə “İmişli”ni sınağa çəkəcək.
Daha öncə keçirilmiş oyunlarda “Şamaxı” “Araz-Naxçıvan”a (0:1), “Karvan-Yevlax” “Zirə”yə (0:1) uduzub, “Sabah” “Sumqayıt”a (3:1) qalib gəlib. “Turan Tovuz” – “Qəbələ” matçı sabah keçiriləcək.
Misli Premyer Liqası
25-ci tur
20 mart
“Kəpəz” – “Qarabağ”
Hakimlər: Əli Əliyev, Elşad Abdullayev, Tərlan Talıbzadə, Emin Əliyev.
Yevlax şəhər stadionu, 15:00.
“Neftçi” – “İmişli”
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Cəmil Quliyev, Elvin Bayramov.
“Palms Sports Arena”, 19:15.
Son xəbərlər





























