“Kəpəz” “Qarabağ”a qarşı - YENİLƏNİR

Misli Premyer Liqasında 25-ci turun oyunları keçirilir.
Sports.az xəbər verir ki, bu gün daha 2 oyun baş tutacaq.
“Qarabağ” “Kəpəz”in qonağı olacaq. “Neftçi” isə “İmişli”ni sınağa çəkəcək.
Daha öncə keçirilmiş oyunlarda “Şamaxı” “Araz-Naxçıvan”a (0:1), “Karvan-Yevlax” “Zirə”yə (0:1) uduzub, “Sabah” “Sumqayıt”a (3:1) qalib gəlib. “Turan Tovuz” – “Qəbələ” matçı sabah keçiriləcək.
Misli Premyer Liqası
25-ci tur
20 mart
“Kəpəz” – “Qarabağ” 0:0 (1-ci hissə)
Hakimlər: Əli Əliyev, Elşad Abdullayev, Tərlan Talıbzadə, Emin Əliyev.
Yevlax şəhər stadionu, 15:00.
Kəpəz: 33. Yusif İmanov, 7. Ehtiram Şahverdiyev, 77. Fərid Nəbiyev, 5. Rauf Hüseynli, 11. Rəhman Hacıyev, 9. Luis Paçu, 29. Dioqo Verdaska (k), 24. Olavale Onanuqa, 12. Mahamadu Ba, 14. Adama Fofana, 4. Mate Abuladze.
Ehtiyat oyunçular: 22. Məmməd Hüseynov, 81. Elgün Bayramov, 99. Əli Səmədov, 88. Şakir Seyidov, 17. Ümid Səmədov, 20. Elcan Əbilov, 23. Fərid Kələntərov, 66. Arzu Atakişiyev, 21. Sadiq Şəfiyev, 6. Camal Cəfərov, 80. Şahnur İsmayılov, 30. Ruslan Quliyev.
Baş məşqçi: Azər Bağırov.
Qarabağ: 99. Mateus Koxalski, 44. Elvin Cəfərquliyev, 10. Abdullah Zubir (k), 81. Kevin Medina, 8. Marko Yankoviç, 20. Kadi Borges, 2. Mateus Silva, 18. Dani Bolt, 15. Leandro Andrade, 35. Pedro Bikalyo, 17. Kamilo Duran.
Ehtiyat oyunçular: 97. Fabian Buntiç, 89. Amin Ramazanov, 55. Bədavi Hüseynov, 30. Abbas Hüseynov, 77. Ramil Şeydayev, 27. Toral Bayramov, 22. Musa Qurbanlı, 32. Hikmət Cəbrayılzadə, 9. Xoni Montiel, 21. Aleksey Kaşuk, 11. Emmanuel Addai, 24. Jeremi Qnali.
Baş məşqçi: Qurban Qurbanov.
“Neftçi” – “İmişli”
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Cəmil Quliyev, Elvin Bayramov.
“Palms Sports Arena”, 19:15.





























