“Komandada konsentrasiya çatışmır” - Sxadadze

“Qəbələ” bu gün Misli Premyer Liqasının 25-ci turunda “Turan Tovuz”la qarşılaşıb.
Sports.az xəbər verir ki, Sumqayıtdakı Mehdi Hüseynzadə adına stadionda keçirilən matçdan sonra “qırmızı-qaralar”ın baş məşqçisi Kaxaber Sxadadzenin mətbuat konfransı olub. Gürcüstanlı çalışdırıcı 2:3 hesabı ilə məğlub olduqları oyunu belə şərh edib:
“Bütün Azərbaycan xalqını Novruz və Ramazan bayramı münasibətilə təbrik edirəm.
Oyuna gəlincə, çox axmaq qollar buraxdıq. Azarkeşləri də başa düşürəm, baş məşqçi məsuliyyət daşımalıdır. Fiziki və texniki baxımdan rəqiblərimizdən heç də geri qalmırıq. Sadəcə, yersiz səhvlər buraxırıq. Bunların üzərində işləməliyik. Qarşıdakı matçlara hazırlaşmalıyıq.
Sıx qrafikdə çıxış edirik. Komanda psixoloji problemlərdən əziyyət çəkir. Sadəcə, işləmək lazımdır.
Əlbəttə ki uduzanda əlavə təzyiq yaranır. “Sabah”la oyunu (1:7) yaddaşımızdan silsək, çox yaxşı çıxış edərik. Çox çalışırıq. Qışdan sonra qələbələrimiz də olurdu, yaxşı başlamışdıq. Həmin vaxt dörd gündən bir oyunlar keçirirdik. Komandada konsentrasiya çatışmır. Bunların üzərində işləməliyik”.





























