Azərbaycan çempionatında 110-cu böyükhesablı qələbə

Azərbaycan çempionatında 110-cu böyükhesablı qələbə

Misli Premyer Liqasında mövsümün ən böyükhesablı qələbə rekordu təkrarlanıb.

Sports.az xəbər verir ki, 25-ci turun matçında "Neftçi" "İmişli"nin qapısından 6 cavabsız top keçirib.

Mövsümdə 3-cü dəfə altı qolluq fərq qeydə alınıb. Bunadək XXIII turda "Qarabağ" "Araz-Naxçıvan"ı 6:0, "Sabah" "Qəbələ"ni 7:1 hesabı ilə məğlub edib.

Ümumiyyətlə ölkə çempionatları tarixində 110-cu dəfə bir komanda rəqibini 6 və ya daha çox top fərqlə üstələyib.

Bu, "Neftçi"nin 23-cü belə qələbəsidir. "Kəpəz"in 17, "Qarabağ"ın 14, "Şəmkir"in 9 belə qalibiyyəti var.

Paytaxt təmsilçisi bu göstəricidə mütləq rekordçudur.

"Ağ-qaralar" sonuncu dəfə 13 il 4 ay əvvəl – 2012-ci il noyabrın 17-də "Sumqayıt"la görüşdə böyük üstünlük qazanıb – 8:1.

Bir mövsümdə 3 dəfə altı və ya daha çox top fərqinin qeydə alınması son 21 çempionatın rekordunun təkrarıdır. 2015/16, 2017/18 və 2022/23 mövsümlərində də üç belə nəticə qeydə alınıb. Daha çox – 4 matçın belə bitməsi isə sonuncu dəfə 2004/05 mövsümündə yaşanıb.
 

Son xəbərlər
“Mançester Siti” “Arsenal” üzərində qələbə ilə kubok qazandı
“Tottenhem” darmadağına üzüldü
Əvəzedicilər: “Qəbələ”dən “Kəpəz”ə 4 cavabsız qol
“Turan Tovuz” yeni rekordun bir addımlığında
Emin Mahmudov Qurban Qurbanova çatdı
Azərbaycan çempionatında 110-cu böyükhesablı qələbə
Millinin yekun heyəti açıqlandı
Mikels Nasimovun rekordunu təkrarladı
“FIFA Series” beynəlxalq turnirinin təqvimi və formatı dəyişdi
Yüksək Liqada pley-off oyunlarının proqramı müəyyənləşdi
665 gün sonra meydana qayıtdı
Modriç bunu bacaran ikinci futbolçu oldu
Millinin toplanışı olacaq
“Böyük Dəbilqə”nin son günündə 3 cüdoçumuz mübarizəyə qoşulur
Ekitike zədələndi, millidən kənarda qaldı
Günün oyunları – TV
"Liverpul"dan antirekord
“Sevilya” “Valensiya”ya məğlub oldu
PSJ-dən darmadağın
“Liverpul” və “Çelsi” səfərdən xalsız qayıtdı
“Milan”dan qələbə, “Yuventus”dan xal itkisi
Nəriman Axundzadə ABŞ klubunda debüt etdi
“Bayern”dən darmadağın
Mahirin komandası darmadağına üzüldü
Cəlalın komandasından darmadağın
lHidayət Heydərovdan “Böyük Dəbilqə”də bürünc meda
“Qəbələ” “Turan Tovuz”a belə uduzdu - VİDEO
“Çox vacib qələbə qazandıq” - Berdıyev
“Komandada konsentrasiya çatışmır” - Sxadadze
“Turan Tovuz” “Qəbələ”yə qalib gəldi
DAHA ÇOX

Ən çox oxunanlar