Azərbaycan futbolu
Ahmet Çakar Rəhim Həsənovu səhv çıxartdı - EKSKLÜZİV

24.03.2026 | 18:20
Premyer Liqanın 25-ci turundakı "Kəpəz" - "Qarabağ" oyunundakı mübahisəli penalti epizodu ilə bağlı Türkiyə futbolunun ünlü siması, IFFHS-in versiyasına görə dünyanın gəlmiş-keçmiş ən yaxşı hakimlərindən biri Ahmet Çakarın fikirlərini öyrəndik.
Sports.az xəbər verir ki, o, epizodla bağlı bunları söylədi:
“Epizodu izlədim. Mavi formalı komandanın hərəkəti dəqiq penaltidir. Ağ formalı komandanın futbolçusunun sol ayaq biləyinə zərbə var. Yerə yıxılır. Yüz faizlik penaltidir. VAR-ın müdaxilə edib-etmədiyini bilmirəm. Qərarım mübahisəsiz penaltidir”.
Xatırladaq ki, AFFA Hakimlər Komitəsinin rəhbəri Rəhim Həsənov bu epizoda şərh verərkən hakimlərin qərarının doğru olduğunu açıqlamışdı.
Son xəbərlər





























