“Qarabağ” rəsmiləri Lissabonda beynəlxalq tədbirə qatılıblar

“Qarabağ” rəsmiləri Lissabonda beynəlxalq tədbirə qatılıblar

Portuqaliyanın paytaxtı Lissabon şəhərində EFC-nin Kommersiya, İnnovasiya və Azarkeş Qrupları Bağlantısı (Commercial, Innovation and Fans Club Connect) tədbiri keçirilib.

Sports.az xəbər verir ki, toplantı Avropa futbolunda kommersiya, innovasiya və azarkeş əlaqələrinin inkişafına həsr olunub.

Lissabonda təşkil olunan tədbirin əsas məqsədi futbol klublarının davamlı maliyyə artımını təmin etməsi, rəqəmsal transformasiyaya uyğunlaşması və azarkeşlərlə daha güclü bağ qurması istiqamətində təcrübə mübadiləsinin aparılmasıdır.

Beynəlxalq platforma kimi təşkil olunan görüşdə aparıcı Avropa klublarının rəhbərləri, kommersiya və marketinq mütəxəssisləri, eləcə də texnologiya şirkətlərinin nümayəndələri iştirak ediblər. Panel müzakirələrində azarkeş bağlılığı, qlobal tərəfdaşlıqlar, bilet satışı texnologiyaları və stadion təcrübəsinin inkişafı kimi mövzular ön plana çıxıb.

Tədbirdə "Qarabağ" Futbol Klubunun, eləcə də Avropa Futbol Klubları İdarə Heyətinin üzvü Asif Əsgərov, marketinq və kommunikasiya departamentinin rəhbəri Anar Hacıyev və əməliyyatlar departamentinin rəhbəri Fərid Ağayev iştirak ediblər.

"Qarabağ" Futbol Klubunun İdarə Heyətinin üzvü Asif Əsgərov “Tərəfdar Bağlılığı Yaratmaq - Xallar və İmtiyazlardan Kənar” panelində təqdimatla çıxış edib. O, “Qarabağ”ın mobil tətbiqi, son dövrlərdəki inkişafı, həmçinin loyallıq haqqında danışıb, müasir futbol klubları üçün əsas istiqamətlərdən biri azarkeşlərə real dəyər təqdim etmək və onlarla uzunmüddətli emosional bağ qurmaq olduğunu vurğulayıb. Əsgərov bildirib ki, düzgün qurulan azarkeş strategiyası klubun həm brend dəyərinə, həm də kommersiya gəlirlərinə müsbət təsir göstərir.

Əlavə olaraq, "Qarabağ"ın "Blocksport"la əməkdaşlığı çərçivəsində həyata keçirilən layihələr azarkeşlərlə rəqəmsal əlaqələrin daha da gücləndirilməsinə imkan yaradıb. Bu tərəfdaşlıq sayəsində azarkeşlər üçün yeni loyallıq imkanları, interaktiv xidmətlər və fərdiləşdirilmiş təcrübələr təqdim olunur ki, bu da klubun innovativ inkişaf strategiyasının mühüm hissəsini təşkil edir.

Son xəbərlər
“Milan” “Bolonya”nın hücumçusu ilə maraqlanır
Azərbaycan millisi seçmə mərhələyə məğlubiyyətlə başladı
Kazemiro A Seriyasında çıxış edə bilər
“Qarabağ” rəsmiləri Lissabonda beynəlxalq tədbirə qatılıblar
“Liverpul” “Real”ın müdafiəçisi ilə maraqlanır
Azərbaycan komandası Avrasiya Liqasında yarışacaq
PSJ və “Yuventus” oyunçusu mübadiləsi gerçəkləşdirə bilərlər
Pley-off oyunlarına hazırlıq məqsədilə xüsusi görüş
“İnter” “Atletik”in ulduzu ilə maraqlanır
Kolin Kazım Riçards baş məşqçi təyin edildi
“Mançester Yunayted” “Əl-Nəsr”in hücumçusu ilə maraqlanır
Azərbaycan yığmaları dünya reytinqində irəlilədi
Kəmalə Əsgərova Avropa çempionatına təyinat aldı
“Çelsi” “Milan”ın müdafiəçisini satın almaq istəyir
Azərbaycan – Portuqaliya matçının hakimləri açıqlandı
“FIFA Series - 2026”: Mətbuat konfransının vaxtı dəyişdirilib
“Çelsi”nin yay transfer planı məlum oldu
Voleybol hakimləri üçün seminar keçirilib
İbrahim Əliyevdən İspaniyada gümüş medal
“Yuventus” “Mançester Yunayted”in müdafiəçisi ilə güclənə bilər
Azərbaycanın millisi üçün Antalya sınağı
Rəşad Eyyubovun brifinqi olacaq
“Tottenhem” baş məqçisi ilə bağlı yekun qərar qəbul etdi
İsmayılovaya növbəti etimad
“Beşiktaş” və “Qalatasaray”ın keçmiş prezidentləri saxlanıldı
“Tottenhem”in yarımmüdafiəçisi “Barselona”ya qayıtmaq istəyir
Yığmamız AÇ-2026-nın təsnifat turnirində mübarizə aparacaq
Millimiz Avropa çempionatının seçmə mərhələsinə start verir
MY “Barselona”nın ulduzu müqabilində nəhəng məbləğdə ödənişə hazırdır
“Barselona” “İnter”in müdafiəçisini satın almağa hazırdır
DAHA ÇOX

Ən çox oxunanlar