Azərbaycan futbolu
Azərbaycan millisi seçmə mərhələyə məğlubiyyətlə başladı

25.03.2026 | 22:30
19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsinin birinci raundu çərçivəsində bu gün ilk oyununa çıxıb.
Sports.az xəbər verir ki, B liqasının 6-cı qrupunda yer alan millimiz Litvanın Kaunas şəhərində yerli komanda ilə qarşılaşıb.
“Raudondvario” stadionunda keçirilən matç Azərbaycan yığmasının 0:4 hesablı məğlubiyyəti ilə başa çatıb.
Millimiz növbəti görüşünü martın 28-də Şimali İrlandiyaya qarşı keçirəcək.
Son xəbərlər





























