Azərbaycan futbolu
“Neftçi”nin futbolçusu “Portu”nun prezidenti ilə görüşdü

25.03.2026 | 23:30
“Neftçi”nin futbolçusu Vensan Abubakar çempionatda yaranan fasilə fonunda Portuqaliyaya yollanıb.
Sports.az xəbər verir ki, "Portu"nun sabiq hücumçusu illər sonra yenidən doğma komandasının düşərgəsinə qayıdıb.
Portuqaliya mətbuatının yaydığı məlumata görə, kamerunlu forvard "Draqao" stadionunu ziyarət edərək "Portu"nun prezidenti Andre Villaş Boaşla görüşüb. Abubakar bu görüşdən foto paylaşaraq səmimi qarşılanmaya görə klub rəhbərinə təşəkkür edib.
Təcrübəli hücumçunun ötən ilin fevralında Kamerunun paytaxtı Yaundedə təsis etdiyi akademiyası ilə "Portu" klubu arasında əməkdaşlığın qurulacağı gözlənilir.
Son xəbərlər





























