Hakimi söyən futbolçuya 4 oyunluq cəza

Hakimi söyən futbolçuya 4 oyunluq cəza

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Sports.az xəbər verir ki, iclasda 2-ci liqanın 19-cu turu ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:

“Araz Saatlı” – “Quba” oyunu “Araz Saatlı” komandasının formasında problem olması səbəbindən gec başladığına görə “Araz Saatlı” komandası 150 manat cərimə edilib.

“Araz Saatlı” – “Quba” oyununda “Quba” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Quba” komandası 70 manat cərimə edilib.

“Araz Saatlı” – “Quba” oyununun 85-ci dəqiqəsində “Quba” komandasının 9 nömrəli futbolçusu Vidadi Cəfərov təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyun cəzalanıb, “Quba” komandası 300 manat cərimə edilib.

“Şirvan” – “Sheki City” oyununda “Şirvan” komandasının azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə “Şirvan” komandası 300 manat cərimə edilib.

“Şirvan” – “Sheki City” oyununda “Sheki City” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Sheki City” komandası 70 manat cərimə edilib.

“Kür-Araz” – “Qaradağ Lökbatan” oyununda “Kür-Araz” komandasının 5 futbolçusu sarı vərəqə aldığı üçün “Kür-Araz” komandası 70 manat cərimə edilib.

“Kür-Araz” – “Qaradağ Lökbatan” oyununun 77-ci dəqiqəsində “Kür-Araz” komandasının 9 nömrəli futbolçusu Elxan Məmmədov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalanıb, “Kür-Araz” komandası 1000 manat cərimə edilib.

“Ağdaş” – “Şəmkir” oyununun 73-cü dəqiqəsində “Şəmkir” komandasının 7 nömrəli futbolçusu İbrahim Camalov ikinci sarıdan  qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb, “Şəmkir” komandası 50 manat cərimə edilib.

Son xəbərlər
Bölgələrdəki idman məktəbləri avadanlıqla təmin edilir
PSJ-nin müdafiəçisi “Real”a keçmək istəyir
AFFA iki komandaya texniki məğlubiyyət verdi
“Heç bir rəqib qələbəni bizdən daha çox istəyə bilməz”
“Atletiko” “Liverpul”un hücumçusu ilə maraqlanır
Asiya Kubokunun final mərhələsinin püşkatma mərasimi təxirə salınıb
Bakı Kubokunun ilk mərhələsi keçiriləcək
“Liverpul” ulduzuna əvəz axtarır
Hakimi söyən futbolçuya 4 oyunluq cəza
“Arsenal” PSJ-nin hücumçusu ilə maraqlanır
“Yuventus” yarımmüdafiəçisinə transfer qiyməti müəyyənləşdirdi
Əfsanəvi hakim "Kəpəz" - "Qarabağ" oyunundakı mübahisəli epizod haqda
Avropa çempionatı üçün ilkin heyət müəyyənləşib
Azərbaycan – Sent Lüsiya oyununun hakimləri açıqlandı
“Liverpul”un hücumçusu “Barselona”ya keçmək istəyir
Yüksək Liqada növbəti oyunlar keçiriləcək
Günün oyunları – TV
Türkiyə-Rumıniya oyunu ilə pley-offa start verilir
Xulain Alvares “Atletiko” rəhbərliyinə xəbərdarlıq ünvanladı
“Liverpul” Slotla ayrılmaq niyyətində deyil?
“Liverpul” Olise müqabilində nəhəng məbləğdə ödənişə hazırdır
Vinisius pərəstiş etdiyi futbolçudan söhbət açdı
Bernardo Silva xidmətlərini iki nəhəngə təklif etdi
“Əl-Nəsr” “Liverpul”un ulduzuna sərfəli müqavil təklif edir
“Tottenhem”in kapitanı La Liqaya üz tuta bilər
Yamalın atası oğlu haqda söhbət açdı
“Neftçi”nin futbolçusu “Portu”nun prezidenti ilə görüşdü
“Milan” “Bolonya”nın hücumçusu ilə maraqlanır
Azərbaycan millisi seçmə mərhələyə məğlubiyyətlə başladı
Kazemiro A Seriyasında çıxış edə bilər
DAHA ÇOX

Ən çox oxunanlar