“Heç bir rəqib qələbəni bizdən daha çox istəyə bilməz”

“Heç bir rəqib qələbəni bizdən daha çox istəyə bilməz”

Heç bir rəqib qələbəni 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisindən daha çox istəyə bilməz.

Sports.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Rəşad Eyyubov açıqlama verib.

33 yaşlı mütəxəssis Portuqaliya seçməsinə qarşı keçirəcəkləri Avropa çempionatının seçmə mərhələsinin oyunundan əvvəl fikirlərini bölüşüb:

"Futbolçular mental olaraq qalibiyyətlərə hazır olmalıdırlar. Heç bir rəqib qələbəni bizdən çox istəyə bilməz. Fərqi yoxdur, Portuqaliyaya qarşı oynayırıq, yoxsa başqa komanda ilə. Əsas məqsədimiz oyunçularımızı A milliyə hazırlamaqdır. Vacib məsələ odur ki, oyunçular pozitiv təcrübə alsınlar və növbəti addımı atanda, onlar mental olaraq qələbələrə hazır olsunlar".

R.Eyyudov çətinliklərlə üzləşdiklərini də söyləyib:

"Bizim üçün müəyyən çətin məqamlar var. Bəzi oyunçularımız Əvəzedicilər Liqasında, digərləri isə I Liqa və Premyer Liqada oynayırlar. Fiziki baxımdan necə balans tapaq ki, hamı eyni kondisiyada olsun? Ən böyük çətinlik budur. Fiziki olaraq bu oyuna tam hazırıq. İkinci məsələ taktika ilə bağlıdır. Bu barədə qısa müddət ərzində futbolçulara maksimum məlumat ötürməyə çalışdıq. Yalnız mental məsələ qalır. Bu da futbolçuların özlərindən asılıdır. Daim futbolçulara deyirəm ki, özünüzə inanın, maksimum hədəflər qoyun. Sadəcə, sözlə yox, bunu əməllə meydanda göstərmək lazımdır". (Report)

Qeyd edək ki, U-21 Avropa çempionatının seçmə mərhələsinin B qrupunda martın 27-də 8-ci km qəsəbə stadionunda Portuqaliya yığmasını qəbul edəcək.

Son xəbərlər
“Sent Lüsiya ilə oyun bizim üçün çox vacibdir” - Emin Mahmudov
PSJ-nin çempionat oyunu təxirə salındı
“Liverpul” PSJ-nin hücumçusu ilə bağlı vəziyyəti izləyir
“Qarabağ MechaHack 9030”dan nümunəvi missiya: Texnologiya sərhəd tanımır
Bölgələrdəki idman məktəbləri avadanlıqla təmin edilir
PSJ-nin müdafiəçisi “Real”a keçmək istəyir
AFFA iki komandaya texniki məğlubiyyət verdi
“Heç bir rəqib qələbəni bizdən daha çox istəyə bilməz”
“Atletiko” “Liverpul”un hücumçusu ilə maraqlanır
Asiya Kubokunun final mərhələsinin püşkatma mərasimi təxirə salınıb
Bakı Kubokunun ilk mərhələsi keçiriləcək
“Liverpul” ulduzuna əvəz axtarır
Hakimi söyən futbolçuya 4 oyunluq cəza
“Arsenal” PSJ-nin hücumçusu ilə maraqlanır
“Yuventus” yarımmüdafiəçisinə transfer qiyməti müəyyənləşdirdi
Əfsanəvi hakim "Kəpəz" - "Qarabağ" oyunundakı mübahisəli epizod haqda
Avropa çempionatı üçün ilkin heyət müəyyənləşib
Azərbaycan – Sent Lüsiya oyununun hakimləri açıqlandı
“Liverpul”un hücumçusu “Barselona”ya keçmək istəyir
Yüksək Liqada növbəti oyunlar keçiriləcək
Günün oyunları – TV
Türkiyə-Rumıniya oyunu ilə pley-offa start verilir
Xulain Alvares “Atletiko” rəhbərliyinə xəbərdarlıq ünvanladı
“Liverpul” Slotla ayrılmaq niyyətində deyil?
“Liverpul” Olise müqabilində nəhəng məbləğdə ödənişə hazırdır
Vinisius pərəstiş etdiyi futbolçudan söhbət açdı
Bernardo Silva xidmətlərini iki nəhəngə təklif etdi
“Əl-Nəsr” “Liverpul”un ulduzuna sərfəli müqavil təklif edir
“Tottenhem”in kapitanı La Liqaya üz tuta bilər
Yamalın atası oğlu haqda söhbət açdı
DAHA ÇOX

Ən çox oxunanlar