“Qarabağ MechaHack 9030”dan nümunəvi missiya: Texnologiya sərhəd tanımır

“Qarabağ MechaHack 9030”dan nümunəvi missiya: Texnologiya sərhəd tanımır

Beynəlxalq arenada ölkəmizi uğurla təmsil edən “Qarabağ MechaHack 9030” robototexnika komandası, texnoloji biliklərin cəmiyyətin bütün təbəqələri üçün əlçatan olması istiqamətində fəaliyyətini genişləndirir.

Komanda son 6 ay ərzində sosial inklüzivlik prinsiplərinə sadiq qalaraq, ümumilikdə 95 şagird üçün genişmiqyaslı STEM seminarları və vorkşoplar silsiləsi həyata keçirib.

Bu missiya çərçivəsində komanda üzvləri iki fərqli uşaq evində məskunlaşan yeniyetmələri mühəndislik dünyasının maraqlı tərəfləri ilə tanış edib, onlarda gələcəyin peşələrinə olan marağı artırıblar. Sosial inklüzivliyin təmin olunması məqsədilə fəaliyyət dairəsini genişləndirən gənc mühəndislər, DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin "Qarabağ DOST Evi" filialında fiziki məhdudiyyətli və həssas qruplardan olan uşaqlar üçün xüsusi interaktiv seminar təşkil ediblər. Eyni zamanda, "Train Brain" tədris mərkəzində gənc istedadlara robototexnikanın incəlikləri və müasir proqramlaşdırmanın əsasları dərindən aşılanıb.

“Qarabağ MechaHack 9030” komandasının bu təşəbbüsü təkcə texniki biliklərin ötürülməsi deyil, həm də cəmiyyətdə bərabər imkanların yaradılması və gənclərin öz potensiallarını kəşf etmələri üçün bir bələdçi rolunu oynayır. Komanda rəhbərliyi bildirib ki, bu cür sosial layihələr davamlı xarakter daşıyacaq və daha çox gəncin modern texnologiyalarla tanış olmasına şərait yaradılacaq.

Son xəbərlər
Olise uğrunda mübarizə qızışır
Terziç La Liqada çalışa bilər
Arteta “Atletiko”nun hücumçusunu “Arsenal”da görmək istəyir
“Futbolçular əllərindən gələni edəcəklər” - Ayxan Abbasov
“Sent Lüsiya ilə oyun bizim üçün çox vacibdir” - Emin Mahmudov
PSJ-nin çempionat oyunu təxirə salındı
“Liverpul” PSJ-nin hücumçusu ilə bağlı vəziyyəti izləyir
“Qarabağ MechaHack 9030”dan nümunəvi missiya: Texnologiya sərhəd tanımır
Bölgələrdəki idman məktəbləri avadanlıqla təmin edilir
PSJ-nin müdafiəçisi “Real”a keçmək istəyir
AFFA iki komandaya texniki məğlubiyyət verdi
“Heç bir rəqib qələbəni bizdən daha çox istəyə bilməz”
“Atletiko” “Liverpul”un hücumçusu ilə maraqlanır
Asiya Kubokunun final mərhələsinin püşkatma mərasimi təxirə salınıb
Bakı Kubokunun ilk mərhələsi keçiriləcək
“Liverpul” ulduzuna əvəz axtarır
Hakimi söyən futbolçuya 4 oyunluq cəza
“Arsenal” PSJ-nin hücumçusu ilə maraqlanır
“Yuventus” yarımmüdafiəçisinə transfer qiyməti müəyyənləşdirdi
Əfsanəvi hakim "Kəpəz" - "Qarabağ" oyunundakı mübahisəli epizod haqda
Avropa çempionatı üçün ilkin heyət müəyyənləşib
Azərbaycan – Sent Lüsiya oyununun hakimləri açıqlandı
“Liverpul”un hücumçusu “Barselona”ya keçmək istəyir
Yüksək Liqada növbəti oyunlar keçiriləcək
Günün oyunları – TV
Türkiyə-Rumıniya oyunu ilə pley-offa start verilir
Xulain Alvares “Atletiko” rəhbərliyinə xəbərdarlıq ünvanladı
“Liverpul” Slotla ayrılmaq niyyətində deyil?
“Liverpul” Olise müqabilində nəhəng məbləğdə ödənişə hazırdır
Vinisius pərəstiş etdiyi futbolçudan söhbət açdı
DAHA ÇOX

Ən çox oxunanlar