“Futbolçular əllərindən gələni edəcəklər” - Ayxan Abbasov

“Futbolçular əllərindən gələni edəcəklər” - Ayxan Abbasov

Azərbaycan millisinin futbolçuları növbəti matçlarda əllərindən gələni edəcəklər.

Sports.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Ayxan Abbasov mətbuat konfransında bildirib.

44 yaşlı mütəxəssis "FIFA Series – 2026" beynəlxalq turnirində Sent Lüsiya yığması ilə keçirəcəkləri oyundan əvvəl fikirlərini bölüşüb:

"Futbolçuların əhval-ruhiyyəsi yaxşıdır. Onların yaxşı formada olması bizi sevindirir. Rəqiblərimiz bəllidir. Bizim üçün yad komandalar olsalar da, onlar haqqında oyunçulara məlumat vermişik. Futbolçular meydanda əllərindən gələni edəcəklər".

Abbasov DÇ-2026-nın seçmə mərhələsində güclü rəqiblərlə üz-üzə gəldiklərini xatırladıb:

"İndi nəticə qazanmaq istəyirik. UEFA Millətlər Liqasının matçlarından əvvəl bu turnir çox önəmlidir. Daha yaxşı oynamaq üçün əlimizdən gələni edəcəyik".

Baş məşqçi "Kəpəz"in qapıçısı Yusif İmanovun növbəti təlim-məşq toplanışına dəvət ala biləcəyini deyib:

"Hər kəsin fikrinə hörmət edirik. Mən də sual verə bilərəm ki, indi niyə dəvət almalıdır? Hər oyunçu bizim üçün önəmlidir. Yusif İmanovun legioner karyerası uğurlu alınmadı. Son qarşılaşmalarda yaxşı performans göstərir. Çempionatdakı bəzi komandalar legioner qolkiperlərə üstünlük verir. Heyətə cəlb olunan Şahruddin Məhəmmədəliyev məşqlərdə əzmkarlıq göstərir. Biz addım atanda növbəti toplanışları da fikirləşirik. Bütün futbolçulara qapımız açıqdır. Yusif İmanov növbəti təlim-məşq toplanışına dəvət ala bilər". (Report)

Mütəxəssis "FIFA Series – 2026" turnirində yaxşı oyunu sərgiləmək istədiklərini vurğulayıb.

Qeyd edək ki, martın 27-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək qarşılaşma saat 19:00-da start götürəcək.

Son xəbərlər
“Ordu” qalib gəldi, “Neftçi” uduzdu
Olise uğrunda mübarizə qızışır
Terziç La Liqada çalışa bilər
Arteta “Atletiko”nun hücumçusunu “Arsenal”da görmək istəyir
“Futbolçular əllərindən gələni edəcəklər” - Ayxan Abbasov
“Sent Lüsiya ilə oyun bizim üçün çox vacibdir” - Emin Mahmudov
PSJ-nin çempionat oyunu təxirə salındı
“Liverpul” PSJ-nin hücumçusu ilə bağlı vəziyyəti izləyir
“Qarabağ MechaHack 9030”dan nümunəvi missiya: Texnologiya sərhəd tanımır
Bölgələrdəki idman məktəbləri avadanlıqla təmin edilir
PSJ-nin müdafiəçisi “Real”a keçmək istəyir
AFFA iki komandaya texniki məğlubiyyət verdi
“Heç bir rəqib qələbəni bizdən daha çox istəyə bilməz”
“Atletiko” “Liverpul”un hücumçusu ilə maraqlanır
Asiya Kubokunun final mərhələsinin püşkatma mərasimi təxirə salınıb
Bakı Kubokunun ilk mərhələsi keçiriləcək
“Liverpul” ulduzuna əvəz axtarır
Hakimi söyən futbolçuya 4 oyunluq cəza
“Arsenal” PSJ-nin hücumçusu ilə maraqlanır
“Yuventus” yarımmüdafiəçisinə transfer qiyməti müəyyənləşdirdi
Əfsanəvi hakim "Kəpəz" - "Qarabağ" oyunundakı mübahisəli epizod haqda
Avropa çempionatı üçün ilkin heyət müəyyənləşib
Azərbaycan – Sent Lüsiya oyununun hakimləri açıqlandı
“Liverpul”un hücumçusu “Barselona”ya keçmək istəyir
Yüksək Liqada növbəti oyunlar keçiriləcək
Günün oyunları – TV
Türkiyə-Rumıniya oyunu ilə pley-offa start verilir
Xulain Alvares “Atletiko” rəhbərliyinə xəbərdarlıq ünvanladı
“Liverpul” Slotla ayrılmaq niyyətində deyil?
“Liverpul” Olise müqabilində nəhəng məbləğdə ödənişə hazırdır
DAHA ÇOX

Ən çox oxunanlar