Koxalski MLS-ə transfer imkanını rədd edib

Koxalski MLS-ə transfer imkanını rədd edib

"Qarabağ"ın qapıçısı Mateuş Koxalski ABŞ-nin MLS Liqasına transfer imkanını rədd edib.

Sports.az xəbər verir ki, 25 yaşlı qolkiper bu barədə "Sport.pl" nəşrinə müsahibəsində bildirib.

Polşalı oyunçu karyerasını Avropada davam etdirmək istədiyini söyləyib:

"Avrokuboklarda oynamaq niyyətindəyəm. Məni burada çıxış edən klublar maraqlandıracaq. Bu səbəbdən MLS-ə transfer imkanını rədd etdim. Oradan sorğular var idi. Harada oynayacağımı bilmirəm, çünki buna bir neçə məsələ təsir edəcək. Arzum İngiltərə Premyer Liqasıdır. Lakin ehtiyat qapıçı olacağım komandaya getməyəcəyəm. Oynamaq və bir nömrə olmaq istəyirəm. Məni yalnız bu maraqlandırır".

M. Koxalski UEFA Çempionlar Liqasında "Napoli"yə qarşı keçirdikləri matça xüsusi toxunub:

"Məğlubiyyətə baxmayaraq bu qarşılaşmanı yaxşı xatırlayacağam. Uduzduğumuz oyundan sonra heç vaxt razı qalmıram. Amma həmin vaxt çox müsbət şeylər baş verdi. Bir neçə yaxşı qurtarışım oldu. Təkcə yaxınlarımdan yox, başqalarından da təbriklər aldım. Matçdan sonra "Napoli"nin məşqçilər korpusundan bir nəfərlə danışdım. Məni təriflədi, Dedi ki, belə davam edim və inkişafdan qalmayım, çünki məni izləyəcəklər. Bu çox böyük motivasiya oldu".

Xatırladaq ki, Mateuş Koxalski 2024-cü ilin avqustundan "Qarabağ"da çıxış edir.

Son xəbərlər
Millimiz Sent Lüsiyaya qarşı - YENİLƏNİR
“Gücümüz birinci hissəyə yetərli oldu” - Rəşad Eyyubov
“Liverpul” “Barselona”nın hücumçusuna göz dikib
“Azərbaycanla oyuna ciddi yanaşmasaydıq, hər şey fərqli ola bilərdi”
“Real”ın oyunçusu “Arsenal”a təklif edildi
Millimiz Portuqaliyaya böyük hesabla uduzdu
Türkiyə millisində Çalhanoğlu şoku
Koxalski MLS-ə transfer imkanını rədd edib
Sanço uğrunda mübarizə qızışır
Azərbaycan yığmasından növbəti heç-heçə
Azərbaycanlı güləşçiyə 4 illik cəza
Laportanın satın almağı xəyal etdiyi ulduz məlum oldu
Almaniya yığmasında növbəti itki
Türkiyənin 2 klubuna transfer qadağası qoyuldu
“Barselona”nın müdafiəçisi Premyer Liqaya üz tuta bilər
“Liverpul” Salaha əvəzlə bağlı namizədləri nəzərdən keçirir
Yüksək Liqada pley-off mərhələsi başlayır
“Real” “Mançester Siti”nin oyunçusunu ələ keçirməyə çalışır
Azərbaycanlı hakim qardaşlar Avropa Kubokunun oyununa təyinat alıblar
Günün oyunları – TV
“Barselona” “Real”ın məzununa iddia edir
Futbol millimiz bir tarixin astanasında
“Əl-İttihad” “Mançester Yunayted”in ulduzunu istəyir
Kamavinqa “Çelsi”yə tələb irəli sürdü
“Liverpul” Arne Slota yayda yeni imkanlar yaradacaq
Müdafiəçisi “Tottenem”lə müqaviləsini yeniləməkdən imtina etdi
Millimiz Portuqaliyanı qəbul edir
“Liveprul” “Real”ın yarımmüdafiəçisi ilə bağlı danışıqlar apardı
“Çelsi”nin ulduzu “toxunulmaz” elan edildi
Millimizin 2026-cı ildə ilk sınağı
DAHA ÇOX

Ən çox oxunanlar