Millimiz Sent Lüsiyaya qalib gəlir - YENİLƏNİR

Futbol üzrə Azərbaycan millisi bu gün növbəti oyununa çıxacaq.
Sports.az xəbər verir ki, Ayxan Abbasovun rəhbərlik etdiyi millimiz ölkəmizdə təşkil edilmiş “FIFA Series – 2026” beynəlxalq turnirində qüvvəsini sınayacaq.
Komandamız turnirdəki ilk matçında Sent Lüsiya yığması ilə qarşılaşacaq. Sumqayıtda keçiriləcək görüşü Gürcüstandan olan hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi Giorgi Kruaşvili olacaq.
Qeyd edək ki, bu, millimizin 2026-cı ildə ilk oyunudur. Komandamız martın 30-da Syerra Leone yığması ilə də üz-üzə gələcək.
FIFA Series – 2026
27 mart
Azərbaycan – Sent Lüsiya 3:0 (1-ci hissə)
Qollar: Emin Mahmudov, 2-pen. Rəhim Sadıxov, 21. Musa Qurbanlı, 37.
Baş hakim: Giorgi Kruaşvili
Baş hakimin köməkçiləri: Levan Varamişvili, Giorgi Elikaşvili
Dördüncü hakim: Koba Revazaşvili (Hakimlər briqadası Gürcüstandandır).
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu.
Azərbaycan: 23. Rza Cəfərov, 14. Elvin Bədəlov, 15. Bədavi Hüseynov, 2. Rəhman Daşdəmirov, 21. Qismət Alıyev, 8. Emin Mahmudov (k), 13. Emil Səfərov, 20. Rəhim Sadıxov, 3. Elvin Cəfərquliyev, 22. Musa Qurbanlı, 9. Renat Dadaşov.
Baş məşqçi: Ayxan Abbasov.





























