Azərbaycan futbolu
Rəşad Eyubov milli komandadan göndərilir

27.03.2026 | 23:30
AFFA iki milli komandanın baş məşqçi postunda dəyişiklik etməyə hazırlaşır.
Sports.az xəbər verir ki, U-21 millisinin nəticələri və çıxışı AFFA rəhbərliyini qane etmir.
Bu üzdən, baş məşqçi Rəşad Eyyubovla yolların ayrılması qərara alınıb. Onu bu postda kimin əvəzləyəcəyi də məlumdur. Hazırda 2-ci Liqa təmsilçisi “Xankəndi”ni çalışdıran Zaur Hacıyev U-21 komandasının baş məşqçisi təyin olunacaq. Hacıyev daha əvvəl “Qəbələ”, “Karvan-Yevlax” kimi klublarda məşqçi kimi çalışıb.
U-21 bu gün Avropa çempionatının seçmə mərhələsinin oyununda Portuqaliyaya 0:4 hesabı ilə məğlub olub.
Bundan başqa, AFFA “Karvan-Yevlax”ın sabiq baş məşqçisi Azər Həşimovu da U-15 millisinin “sükanı arxasına” gətirməyi planlaşdırır. (Komanda.az)
Son xəbərlər





























