Azərbaycan futbolu
Daha bir oyunun yeri dəyişdirildi

28.03.2026 | 19:20
Son günlərdə bölgədə davam edən əlverişsiz hava şəraiti səbəbindən “Ağstafa Gəncləri” komandasının ev oyunlarını keçirdiyi Ağstafa şəhər stadionunun ot örtüyü yararsız vəziyyətə düşüb.
Sports.az bu barədə PFL-in rəsmi saytına istinadən xəbər verir.
Bununla əlaqədar olaraq 2-ci Liqanın 20-ci turu çərçivəsində 29 mart tarixində keçiriləcək “Ağstafa Gəncləri” – “Quba” oyununun yeri dəyişdirilib. Hər iki klubla müzakirənin yekunu olaraq Peşəkar Futbol Liqası qarşılaşmanın Göygöl Olimpiya İdman Kompleksinin stadionunda keçirilməsinə qərar verib.
Oyunun başlanma saatında və digər detallar ilə bağlı dəyişiklik yoxdur.
Son xəbərlər





























