Azərbaycan futbolu
“Syerra Leone ilə oyun bizim üçün önəmlidir” - Qismət Alıyev

29.03.2026 | 19:40
“Sabahkı matç futbol üzrə Azərbaycan millisi üçün önəmli olacaq”.
Sports.az xəbər verir ki, bu barədə komandanın futbolçusu Qismət Alıyev mətbuat konfransında bildirib.
Cinah müdafiəçisi "FIFA Series – 2026" beynəlxalq turnirində Syerra Leone yığmasına qarşı keçirəcəkləri oyunla bağlı fikirlərini bölüşüb:
"Sabah millimiz üçün daha bir önəmli matç olacaq. Bizim üçün belə oyunların olması UEFA Millətlər Liqası üçün daha vacibdir. Qələbəsizlik seriyası var idi. Son görüşdə inamlı oynayaraq, bu tilsimi qıra bildik. Sabahkı matçda da ən yaxşısını etməyə çalışacağıq ki, xalqımızı sevindirək". (Report)
Azərbaycan millisi martın 27-də Sent Lüsiya seçməsini 6:1 hesabı ilə məğlub edib.
Son xəbərlər





























