“Azarkeşlərin dəstəyi ilə qalib gəlmək istəyirik” - Ayxan Abbasov

“Azarkeşlərin dəstəyi ilə qalib gəlmək istəyirik” - Ayxan Abbasov

“Futbol üzrə Azərbaycan millisi azarkeşlərin dəstəyi ilə Syerra-Leone yığmasına qalib gəlmək istəyir”.

Sports.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Ayxan Abbasov mətbuat konfransında bildirib.

Mütəxəssis "FIFA Series – 2026" beynəlxalq turnirində Syerra-Leone yığmasına qarşı keçirəcəkləri oyunla bağlı fikirlərini bölüşüb:

"Turnirdə ikinci oyunumuza çıxacağıq. Rəqibin isə ilk matçıdır. Burada üstünlükləri var. Buna baxmayaraq, evdə oynayırıq. Azarkeşlərimizin dəstəyi ilə qalib gəlmək istəyirik. Fərqli rəqibdir. Reytinq baxımından bizdən öndədirlər. Son oyunlarını təhlil etmişik. Optimal heyətlə gəliblər.

Oyundan-oyuna bizdə yaxşı mənada fərq olmalıdır. Bir toplanışımız qalıb. İnanıram ki, birinci oyundakı ciddiyyət və istəkdən daha fərqli olacaq. Rəqib bunu tələb edir. Sabahkı qarşılaşmaya hazırıq".

Abbasov yığmanın tarixində ilk dəfə Afrika təmsilçisi ilə üz-üzə gələcəyini söyləyib: "Səhv etmirəmsə, millimiz ilk dəfədir ki, Afrika təmsiçisi ilə qarşılaşır. Daha əvvəl bu qitənin komandası ilə qarşılaşmamışıq. Bu da yeni olacaq. Tanımadığımız rəqiblərlə oynamaq yaxşıdır, futbolçular üçün dəyişiklik olar.

Rəqib reytinqdə bizdən üstün ola bilər. Bu xalları elə-belə qazanmırlar. Fransanın Liqa 1-də oynayan müdafiəçiləri var, texnikalıdırlar. Bizi yaxşı oyun gözləyir".

Baş məşqçi heyətdə dəyişiklik olacağını da əlavə edib: "Buna ehtiyac var. Bəzi dəyişikliklər gözlənilir. Millidə 1-ci və 2-ci heyətin olmamasını istəyirik. Çünki hamı hazır olmalıdır. Ən yaxşılar buradadır. Rəqibə görə də heyəti düşünəcəyik".

Onun sözlərinə görə, millidə qalib gəlmək məşqçi üçün çox böyük sevincdir: "Hər məşqçinin arzusudur ki, millidə qalib gəlsin. Ardıcıl ikinci qələbə futbolçular və məşqçilər üçün böyük motivasiya olar. İstəyirik ki, ilin sonuna qədər yaxşı statistika olsun. Rəqiblər də buna imkan verir, yoldaşlıq görüşləri və qrupdakı rəqiblər imkan verir ki, yaxşı mübarizə aparaq. Bu, ən yaxşı ilimiz ola bilər". (Report)

Xatırladaq ki, Azərbaycan millisi martın 27-də Sent Lüsiya seçməsini 6:1 hesabı ilə məğlub edib.

Son xəbərlər
Pavloviç gələcəyi ilə bağlı qərarını verib
Məmmədovadan Poznanda qızıl medal
London klubu baş məşqçisi ilə yollarını ayırdı
“İnter” “Olimpik”in hücumçusuna iddialıdır
“Qarabağ” xanım azarkeşlər üçün girişi pulsuz etdi
Montqomeri NTD komandasını tərk etdi
“Lill”in müdafiəçisi Premyer Liqaya üz tuta bilər
“Qarabağ”ın “Sabah”la oyununa bilet satışı başlayır
“Azarkeşlərin dəstəyi ilə qalib gəlmək istəyirik” - Ayxan Abbasov
“Real” PSJ-nin iki ulduzunu satın almaq niyyətindədir
“Syerra Leone ilə oyun bizim üçün önəmlidir” - Qismət Alıyev
“Qaradağ Lökbatan”dan darmadağın
Klopp məşqçilik fəaliyyətini bərpa edəcək
Kosovo - Türkiyə matçının hakimləri açıqlandı
“Gəncə” “Şəki”yə qalib gəldi
“Tottenhem” “Real”ın hücumçusuna göz dikdi
Azərbaycan çempionatının qalibi bəlli oldu
Luçesku xəstəxanaya yerləşdirildi
“Qalatasaray” “Mançester Yuayted”in kapitanına təklif hazırlayır
AFFA nümayəndələri RFİ-nin tədbirində iştirak ediblər
UEFA C kursu keçirilib
“Lill”in futbolçusu Premyer Liqaya üz tuta bilər
Karyerasını qolla tamamladı
Formula 1 tarixində yeni rekordçu
Levandovskinin xidmətinə əsas iddiaçılar açıqlandı
“İnter Mayami” “Mançester Yunayted”in ulduzuna təklif ünvanladı
Parataekvondoçulardan Türkiyədə 4 medal
Babək Quliyevə UEFA-dan növbəti təyinat
Qrinvud uğrunda mübarizə qızışır
PSJ tezliklə baş məşqçisi ilə müqaviləsini yeniləcək
DAHA ÇOX

Ən çox oxunanlar