Azərbaycan futbolu
“Qarabağ”ın “Sabah”la oyununa bilet satışı başlayır

29.03.2026 | 20:40
Azərbaycan Kubokunun yarımfinal mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ”la "Sabah" arasındakı oyunun biletləri sabah saat 15:00-dan etibarən satışda olacaq
Sports.az xəbər verir ki, bu barədə Ağdam klubu məlumat yayıb.
Biletlərin qiyməti sektorlara uyğun olaraq dəyişir. Biletlərin qiyməti isə 5, 10 və 20 manat aralığındadır.
Biletlər sabah saat 15:00-dan etibarən iTicket.az-da onlayn, oyun günü isə həm iTicket.az-da onlayn, həm də Tofiq Bəhramov adına Respublika stadionunun kassalarında da satışda olacaq.
Qapılar azarkeşlər üçün matçın start fitindən 120 dəqiqə əvvəl açılacaq.
Son xəbərlər





























