Azərbaycan futbolu
“Qarabağ” xanım azarkeşlər üçün girişi pulsuz etdi

29.03.2026 | 21:40
“Qarabağ” klubu xanım azarkeşləri üçün örnək addım atıb.
Sports.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Azərbaycan Kubokunun yarımfinalı çərçivəsində “Sabah” ilə keçiriləcək ev oyununda komandanı dəstəkləmək istəyən xanım azarkeşlər üçün giriş tamamilə pulsuz olacaq.
"Qarabağ" - "Sabah" matçı aprelin 3-də saat 20:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.
Son xəbərlər





























