Milli mükafatlandırıldı, Cəfərquliyev ən yaxşı seçildi

Milli mükafatlandırıldı, Cəfərquliyev ən yaxşı seçildi

Azərbaycan milli komandası “FIFA Series - 2026” beynəlxalq turnirində final oyununa çıxıb.

Sports.az xəbər verir ki, millimiz Sumqayıtda Syerra Leone yığması ilə qarşılaşıb.

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirilən görüşün əsas vaxtı 1:1 hesabı ilə başa çatıb. Komandamızın heyətində qolu 72-ci dəqiqədə Rahil Məmmədov vurub. Qalib penaltilər seriyası ilə müəyyənləşib. Həlledici zərbələrdə rəqibini 9:8 hesabı ilə üstələyən Ayxan Abbasovun yetirmələri turnirin qalibi olub. Syerra Leone ikinci, Sent Lüsiya isə üçüncü yeri tutub.

Oyundan sonra mükafatlandırma mərasimi təşkil edilib. Turnirdə 3-cü yeri tutan Sent Lüsiya bürünc, 2-ci pillənin sahibi Syerra Leone gümüş medallarla təltif olunub. “FIFA Series - 2026” beynəlxalq turnirinin qalibi Azərbaycan millisinə isə qızıl medallar və kubok təqdim edilib. Həmçinin millimizin müdafiəçisi Elvin Cəfərquliyev turnirin ən yaxşı futbolçusu mükafatına layiq görülüb.

Mükafatlandırma mərasimində AFFA-nın baş katibi Cahangir Fərəcullayev, icraçı vitse-prezidenti Sərxan Hacıyev, Syerra Leone Futbol Assosiasiyasının vitse-prezidenti Alie Badara Taravalie və Sent Lüsiya Futbol Assosiasiyasının vitse-prezidenti Valdez Ceyms iştirak ediblər.

Millimiz turnirdə keçirdiyi ilk matçda Sent Lüsiya yığması üzərində 6:1 hesablı tarixi qələbə qazanıb.

Son xəbərlər
“Bu oyun bizim üçün siqnallar verdi” - Ayxan Abbasov
“Barselona” “Roma”nın müdafiəçisi ilə maraqlanır
Milli mükafatlandırıldı, Cəfərquliyev ən yaxşı seçildi
“Neftçi”dən növbəti qələbə
Millimiz Syerra Leone yığmasına penaltilərlə qalib gəldi
Əsas ulduzu “Çelsi”dən ayrıla bilər
Rahmonaliyevin komandası penaltilərlə sevindi
“İnter” “Latsio”nun müdafiəçisi ilə maraqlanır
“Milan” “Yuventus”un hücumçusuna göz dikib
İngilislər VAR-a qarşıdır
“Nyukasl” “Mançester Siti”nin qapıçısı ilə maraqlanır
Tudor bu göstəriciyə görə ilk 5-likdədir
“Xankəndi” darmadağına sevindi
Kapitanı “Mançester Siti”dən ayrılacaq
Salah Fransa nəhənginə qoşula bilər
Bruno Fernandesin sərbəstqalma haqqının məbləği məlum oldu
Vernidub Ukrayna millisinə namizəd göstərildi
“Real” hücumçusunu icarəyə göndərmək niyyətindədir
Tural Qurbanovun baş hakim kimi ilk beynəlxalq təyinatı
Millimiz son oyununda da heç-heçə etdi
“Qarabağ” 15 yaşadək uşaqlara da jest etdi
Mançester nəhəngləri Tonali uğrunda çəkişəcəklər
“Arsenal” “Brügge”nin hücumçusu uğrunda mübarizədə öncüldür
PSJ “Mançester Yunayted”in məzununu istəyir
“Çelsi”nin cinah müdafiəçisi “Bayern”ə üz tuta bilər
“Real” kapitanı ilə bağlı qeyri-müəyyənlik içindədir
“Barselona” “Mançester Siti”nin ulduzundan imtina etdi
Sebalyos doğma klubuna qaıyda bilər
Ndoye “Nottingem Forest”dən şikayətçidir
Brahim Dias gələcəyi ilə bağlı qərar verdi
DAHA ÇOX

Ən çox oxunanlar