“Bu oyun bizim üçün siqnallar verdi” - Ayxan Abbasov

“Bu oyun bizim üçün siqnallar verdi” - Ayxan Abbasov

Azərbaycan milli komandası final matçında Syerra Leoneni penaltilər seriyasında məğlub edərək “FIFA Series-2026” turnirinin qalib olub.

Sports.az xəbər verir ki, yığmamızın baş məşqçisi Ayxan Abbasov oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Azarkeşlərə təşəkkür edirəm. Bu gün Sumqayıtda gözəl atmosfer var idi. Bilirdik ki, fərqli oyun olacaq Bunu da gördük. Rəqib bizdən daha gümrah idi. İlk hissədə səhvlərimiz oldu. Hücumda aqressiv ola bilmədik. Rəqib bizi əks-hücumda tutdu. Yaxşı müdafiə olunurdular. İkinci hissəyə dəyişikliklərlə başladıq, tempi yüksək tutmağımız yaxşı oldu, qol vurduq. Çoxdandır ki, azarkeşlər penalti zərbələri görmürdü. Onlar üçün də maraqlı oldu. Bu turnirdə qalib olduğumuz üçün sevinirik. Ancaq bu oyun bizim üçün siqnallar verdi. Biz də artırmalıyıq. Gələcək oyunlara baxacağıq. Çalışacağıq ki, Millətlər Liqasına hazır olaq.

- Bu gün ilk dəfə Afrika təmsilçisi ilə qarşılaşdıq, ilk dəfə penaltilər seriyası oldu. Karyeranızda penaltilər seriyası deyəsən olmayıb. İlk penalti təcrübəsi haqda fikriniz necədir?
- "Sumqayıt"da işləyəndə olub, "Qarabağ"ı keçmişdik. Millidə bir az fərqli idi. Futbolçular bunun üzərində çalışmamışdı. Amma məşqdən sonra özlərini yoxlayırdılar. Soyuqqanlı olduqlarını göstərdilər. Bu da təcrübədir. Gələcəkdə milliyə xeyri olacaq.

- “FIFA Series-2026” turniri sizin üçün nə verdi?
- Rəqibimiz olan Lixtenşteynin də qrupunu izləyirdik. Tanzaniya ilə oyunlarına baxmışıq. Zəif komanda yoxdur. Toplanışdan maksimum istifadə etmək istədik. Bir çox yeni oyunçular gəldi, onları sınaqdan keçirdik. Allah qoysa, xeyrini görəcəyik.

- Sizin üçün optimal heyət formalaşdı?
- Oyundan-oyuna futbolçular özləri haqda fikir yaradılrar. Kimlərinsə zədəli olması işimizi çətinə sala bilər. İndi də zədəlilər var idi. İki komandanı da təhlil edirik. Litva həqiqətən möhkəm komandadır. Onlar evdə çox yaxşı çıxış edirlər. Şanslar bərabərdir. Çalışacağıq ki, qrupun qalibi olaq.

- Rusiyanın "Torpedo" klubunda oynayan Sadıq Bagievi milliyə dəvət etmək planınız var? Rusiya və Ukraynada oynayan həmyerlilərimizə pasport verilməsi çətinlik olmayacaq ki?
- Bəyəndiyimiz oyunçular olsa, belə problemin baş verəcəyinə inanmıram. Təbii ki, izlədiklərimiz var. U-21 yığmamıza namizədlər var. İzləyirik. Sadıqa gəldikdə, rəsmi oyuna çağırmışdıq. U-21-in Portuqaliya ilə matçına dəvət etmişdik. Gəlsəydi, Rusiyada legioner sayılacaqdı. Belə deyək, qəbul etmədi. Yəni belə çıxdı. Rusiyada oynayan futbolçuları çağırırıq. Legioner statusu alırlar deyə, hardasa ehtiyat edirlər. Kim can atır, bura layiqdirsə, bizimkilərdən üstündürsə, niyə də olmasın? (Sportal)

Son xəbərlər
“Bu oyun bizim üçün siqnallar verdi” - Ayxan Abbasov
“Barselona” “Roma”nın müdafiəçisi ilə maraqlanır
Milli mükafatlandırıldı, Cəfərquliyev ən yaxşı seçildi
“Neftçi”dən növbəti qələbə
Millimiz Syerra Leone yığmasına penaltilərlə qalib gəldi
Əsas ulduzu “Çelsi”dən ayrıla bilər
Rahmonaliyevin komandası penaltilərlə sevindi
“İnter” “Latsio”nun müdafiəçisi ilə maraqlanır
“Milan” “Yuventus”un hücumçusuna göz dikib
İngilislər VAR-a qarşıdır
“Nyukasl” “Mançester Siti”nin qapıçısı ilə maraqlanır
Tudor bu göstəriciyə görə ilk 5-likdədir
“Xankəndi” darmadağına sevindi
Kapitanı “Mançester Siti”dən ayrılacaq
Salah Fransa nəhənginə qoşula bilər
Bruno Fernandesin sərbəstqalma haqqının məbləği məlum oldu
Vernidub Ukrayna millisinə namizəd göstərildi
“Real” hücumçusunu icarəyə göndərmək niyyətindədir
Tural Qurbanovun baş hakim kimi ilk beynəlxalq təyinatı
Millimiz son oyununda da heç-heçə etdi
“Qarabağ” 15 yaşadək uşaqlara da jest etdi
Mançester nəhəngləri Tonali uğrunda çəkişəcəklər
“Arsenal” “Brügge”nin hücumçusu uğrunda mübarizədə öncüldür
PSJ “Mançester Yunayted”in məzununu istəyir
“Çelsi”nin cinah müdafiəçisi “Bayern”ə üz tuta bilər
“Real” kapitanı ilə bağlı qeyri-müəyyənlik içindədir
“Barselona” “Mançester Siti”nin ulduzundan imtina etdi
Sebalyos doğma klubuna qaıyda bilər
Ndoye “Nottingem Forest”dən şikayətçidir
Brahim Dias gələcəyi ilə bağlı qərar verdi
DAHA ÇOX

Ən çox oxunanlar