Toppuşun arzusu

Toppuşun arzusu

Utandıran kubok sevinci

Dünən milli komandamız dünyanın ən kasıb ölkələrindən biri olan Syerra-Leone yığması ilə heç-heçə oynayıb penaltilərdə qalib gəldi. Millimizin qapıçısı həlledici penaltini qaytardıqdan sonra sevinc içində elə qaçdı ki, mən də divandan durub qaçmaq istədim. Amma yadıma düşəndə ki, bu sadəcə yoldaşlıq oyunudur, donub qaldım yerimdə. Millinin oyunçuları elə sevinir, elə atılıb-düşürdülər ki, onların yerinə mən utandım. İkicə oyuna reytinqinə görə dünyanın 167-ci və 120-ci komandalarını udmaqla kubok qazanmaqla belə sevinmək arasında bir psixoloji uçurum olmalıdır. Natamamlıq kompleksidirmi, əziklik hissidirmi, yoxsa uşaqlıq arzularının mini səhnəciyini yaşamaq istəyidirmi? Bu uçurum barədə psixoloqlarımız daha yaxşı bilər. “International friendlies”, yəni “beynəlxalq yoldaşlıq oyunları” yazılan tablonun qarşısında Kuboku elə qaldırır, elə seivinirdilər ki, sanki mötəbər bir turnirin qalibi olublar. Həm də özləri özlərinə kubok verir, təltif edir. Açığı bu səhnəyə görə xəcalət çəkdim.  Yadıma uzun illər əvvəl baş vermiş bir hadisə düşdü. Məhəlləmizdə bir imkanlı qonşumuz vardı, alverlə məşğul idi. Bu kişinin futbol həvəskarı olan bir toppuş oğlu var idi. Gecə-gündüz  topla həyətdə gəzirdi. Bir gün gördüm, həyətimizin balaca asfalt stadionunda qələbəlikdi, çoxlu uşaqlar var, qızğın oyunlar gedir. Soruşanda dedilər, çempionatdır. Nə isə, oyun bitdi, kənardan kubok və medallar gətirdilər, kapitan sarğısında olan bu toppuş oğlan da kuboku qaldırdı, şar uçurtdular, fişəng atdılar. Sən demə toppuşun arzusu çempion olmaq imiş, atası da gedib Sədərəkdən kubok, medal alıb, komandaları bölüb, bütün zəifləri o biri komandalara, bütün güclüləri isə toppuşun komandasına verib, bir dənə də hakim gətirib və oğlunun arzusunu yerinə yetirib. O toppuş oğlan bir neçə ay kubok və medalla həyətdə gəzirdi və inanırdı ki, ciddi bir kuboku qazanıb. Dünən bizim toppuş da vardı o şənlikdə. AFFA-nın baş katibi Cahangir Fərəcullayev bapbalaca kubokdan iki əllə yapışıb uşaq kimi tullananda həmin qonşumuz toppuş oğlanı yadıma saldı. Deyilənə görə, o bala mişoppadan futbolçu zad olmadı, hələ də atası onun arzularını yerinə yetirməklə məşğuldur. Bu qələbənin böyüyə bilməyən futbolçularımıza nə verdiyini söyləmək çətindir, amma balaca uşaqlara xeyri oldu. Ən azı futbola baxan məktəblilər Syerra-Leonenin Afrika qitəsində yerləşən kiçik bir ölkə olduğunu, paytaxtının Freetoun, yəni Azad Şəhər adını daşıdığını öyrəndi. Ümid edirəm ki, millinin “möhtəşəm və tarixi qələbə” sevincindən ağlını itirən oyunçuları Syerra-Leonu gənclərinə təsəlli verməyi unutmadı. Yəqin, sanki Millətlər Liqasında üst qrupa adlamış kimi şəstlə addımlayan Ayxan Abbasov oyunçularına başa salıb ki, Bakıya gələn Syerra-Leonu futbolçuları diri-diri yeyilməkdən qurtarmış gənclərdir. Bu ölkədə hələ də hər il neçə-neçə yeniyetməni mistik rituallar zamanı parça-parça edib, orqanlarını neçə yerə bölür və bədən hissələrini satırlar. (sportkritik.az)

Syerra-Leonedə faydalı qazıntı yeri

Son xəbərlər
“Milan” “Korintians”ın yarımmüdafiəçisinə görə təklif ünvanladı
PSJ keçmiş futbolçusuna təbrik ünvanladı
“Barselona” baş məşqçisi ilə sözləşdi
“Mançester Yunated” müdafiəçisi ilə bağlı qərar qəbul etdi
“Bayern” “Liverpul”un ulduzuna marağı ilə bağlı məlumatı təkzib etdi
Azərbaycan çempionatına yekun vuruldu
Millimizin dramatik qələbəsi - VİDEO
Millinin baş məşqçisi vəzifəsindən uzaqlaşdırıldı
Həsənzadə Daşkənddə çempion oldu
Toppuşun arzusu
Azərbaycan millisinin oyun proqramı açıqlandı
“Real” transfer planını dəyişdi
Müntəzəm mövsüm bu gün başa çatır
DÇ-2026-nın pley-off mərhələsinin 4 final oyunu keçiriləcək
Millimiz səfərdə Bolqarıstanla üz-üzə
FIFA AFFA-ya təşəkkür edib
“Bu oyun bizim üçün siqnallar verdi” - Ayxan Abbasov
“Barselona” “Roma”nın müdafiəçisi ilə maraqlanır
Milli mükafatlandırıldı, Cəfərquliyev ən yaxşı seçildi
“Neftçi”dən növbəti qələbə
Millimiz Syerra Leone yığmasına penaltilərlə qalib gəldi
Əsas ulduzu “Çelsi”dən ayrıla bilər
Rahmonaliyevin komandası penaltilərlə sevindi
“İnter” “Latsio”nun müdafiəçisi ilə maraqlanır
“Milan” “Yuventus”un hücumçusuna göz dikib
İngilislər VAR-a qarşıdır
“Nyukasl” “Mançester Siti”nin qapıçısı ilə maraqlanır
Tudor bu göstəriciyə görə ilk 5-likdədir
“Xankəndi” darmadağına sevindi
Kapitanı “Mançester Siti”dən ayrılacaq
DAHA ÇOX

Ən çox oxunanlar