“Əkinçi”dən 147 il sonra…

“Əkinçi”dən 147 il sonra…

Saytın təsisçisi və baş redaktoru olaraq Sports.az-ın bütün oxucularını salamlayır və sizə özüm haqda bir az ətraflı məlumat verməyi borc bilirəm.

1999-un fevralında - 17 yaşım tamam olmamış "Futbol+"də müsabiqədən keçib idman jurnalistikasında fəaliyyətə başladım.

Məndə bu sahəyə həvəsi Toğrul Bağırov, Altay Əliyev, Şakir Yaqubov haqq dünyasına qovuşmuş Məzahir Süleymanzadə, Elnur Əşrəfoğlu və o dövrün başqa tanınmış simaları yaratmışdı.

Qəzetdə Mahir Rüstəmli, Vüsal Mahmudov, Rövşən Sultanov, Rövşən Binnətli kimi müəllimlərdən çox şey öyrəndim və eyni zamanda, İlkin Fikrətoğlu, Elnur Məmmədli, Səbuhi Səfiyarlı, Atəş Sultanov, Vaqif Heydərli və başqa ömürlük dostlar qazandım. 
Qabil Mehdiyevin dəvətilə "İdman", Rasim İsmayılovun rəhbərliyi ilə "Hürriyyət" qəzetlərində çalışdım. 

Bir müddət bu sahədən uzaqlaşsam da dostum Aydın Bağırovun təkidi ilə geri döndüm, "525-ci qəzet"də müxtəlif mövzularda yazılarım çıxdı, bəziləri prezidentin elektron kitabxanasına daxil edildi. Amma məni ən çox sevindirən Rəşad Məcidin zaman-zaman yazılarıma yüksək qiymət verməsi idi. 

Daha sonra Mirhacib Məcid qol.az-ı yaratdı və yəqin ki, bu sahədəki 23 ildən artıq fəaliyyətim dövründə ən çox yazım da bu saytda çıxıb. 

Şəmsəddin Abbasovun dəvətilə ilə televiziya təcrübəsi də qazanmış oldum. CBC Sport-da hazırladığım "Tarix" verilişini idmansevərlər yəqin ki, izləyib. 

Bir mövsümə yaxın "Neftçi" PFK-nın mətbuat katibi oldum və ən son Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının prezidenti Eldar İsmayılovun təşəbbüsü ilə bu təşkilatın vitse-prezidenti seçildim.

Bu müddətdə bir dəfə də hansısa yazıma, fikrimə görə dövlət tərəfindən təzyiqlə üzləşməməmişəm, heç yüngülvari irad da bildirməyiblər. 

İnanıram ki, 22 iyul - Milli Mətbuat Günü, "Əkinçi"dən düz 147 il sonra, Həsən bəy Zərdabinin ruhuna dərin ehtiramla fəaliyyətə başlayan Sports.az-da da belə davam edəcək. 

Son bir ildə həyatımın ən ağır itkisini yaşamışam - Azərbaycanın bərbad səhiyyəsi atamı əlimizdən alıb. 

Həyatıma, bu sahədəki 23 ildən artıq fəaliyyətimə, Sports.az-a görə ilk təşəkkür edəcəyim adam atam idi...

Yuxarıda adını çəkdiyim hər kəsə, saytın açılmasında əməyi keçənlərə, çətin günlərimdə hər zaman yanımda olan Natiq Nəsirova, mənəvi dəstəklərini əsirgəməyən Elmir Əliyevə, İxtiyar Əsgərova, Tural Xudiyevə, Tural Dadaşova, Əlisahib Əliyevə, İlkin Vaqifoğluna, Elçin Cəlilova, Rəşad Ergünə, saytın loqosunu hazırlamış istedadlı şərhçi və dizayner, Vətən müharibəsinin qalib iştirakçısı Süleyman Vəliyevə, qəhrəman qazimiz Daşqın Əzizə, Mahal Məmmədova, Mehman Əşrəfova, üzərimdə haqqı olub bu yazıda adını unutduğum bütün dostlara, anama və ailəmə təşəkkür borcum var.

Sports.az-da ilk yazını dəyərli insan, gözəl qələm sahibi, Vətən üçün qəhrəman oğul - şəhid Ülvi Məmmədovu böyütmüş Vüqar Məmmədov yazdı. Mən Vüqarın və tanıdığım futbol azarkeşi, "qızıl oğlan" şəhid Səid Rəşidzadənin atası Nofəl Qasımovun timsalında şəhid valideynlərinin hamısının qarşısında baş əyir, Allahdan bütün şəhidlərimizə qəni-qəni rəhmət diləyirəm.

Hər günümüzə, nəfəs aldığımız hər saniyəyə görə onlara borcluyuq. 

Sports.az-ın bu qəhrəmanların canı bahasına qoyub getdiyi Azərbaycan üçün faydalı olması üçün əlimdən gələni əsirgəməyəcəm.

Tanıyanlar məni səmimi insan kimi xarakterizə edirlər. Sports.az saytında da bu səmimiyyəti hiss etdirə bilsək, nə mutlu bizə! 

Getdik…

Son xəbərlər
Şakiri çalışdığı ən yaxşı məşqçini açıqladı
ACF kəmər dərəcələri üzrə rəsmi imtahan keçirdi
Azərbaycan klubu rusiyalı voleybolçu transfer etdi
“Qarabağ” 4 yeni oyunçu ilə gücləndi
2027-ci ildə ÇL-in finalı Madriddə oynanılacaq
Daha bir bölgə klubu ev oyunlarını Şamaxıda keçirəcək
Pavar Marsel “Olimpik”inə keçidini şərh etdi
Firmino keçmiş komanda yoldaşı üçün darıxır
“Səbail”də iranlı hücumçu
“Bayern” Əlcəzair yığmasının hücumçusu ilə maraqlanırmış
“Qarabağ”dan ayrıldı, “Sabah”a qayıtdı
Azərbaycan çempionatı keçiriləcək
Azərbaycanlı məşqçi Macarıstana kursa gedəcək
“Şahdağ Qusar”la “Zaqatala” yeni mövsümə qələbə ilə başladı
“Qarabağ”ın rəqibinin futbolçusu 3 ay oynamayacaq
Marko Roys klub prezidenti oldu
“Sumqayıt”da ayrılıq
“Turan Tovuz” portuqaliyalı futbolçu transfer etdi
Luis Enrike cərrahi əməliyyata məruz qaldı
Millimiz Belçika yığmasına qalib gəldi
“Ayın qolu” layihəsində mövsümün ilk qalibi - VİDEO
Şakiri birgə oynadığı ən yaxşı futbolçunu açıqladı
Ferstappen Yamaldan söhbət açdı
Bellingem məşqlərə qayıdışını şərh etdi
Mandanda çalışdığı ən yaxşı məşqçini açıqladı
“Əl-Nəsr” Lyaportu mövsümün iştirak ərizəsinə daxil etmədi
Lemann klub sahibi olacaq
Mbappe zorlamada ittihamı ilə bağlı hadisəni xatırladı
“Sabah” heyətini yeni futbolçu ilə gücləndirdi
Djiku Rusiya Premyer Liqasına üz tutdu
DAHA ÇOX

Ən çox oxunanlar