Arzuya inanmaq

Arzuya inanmaq

Birdən-birə 3 klubumuzu avrokubokların qrup mərhələsində görmək nə gözəl arzudu! Bunun gerçəkləşməsi bir qədər çətin görünsə də... 
Əsas məsələ arzuya inanmaqdı! Çempionlar Liqasında dünyanı heyrətə gətirən Farer adalarının 5 min əhalisi olan şəhərinin "Ki Klasvik" klubu kimi!
Çox uzağa getməsək, elə bir zamanlar avrokuboklarda bizim üçün tarixi uğurlar qazanmış "Neftçi", "Qarabağ" və "Qəbələ" kimi!
Əlbəttə, "Neftçi"nin "Beşiktaş"ı, avrokubokların debütantı "Sabah"ın isə qitəmiqyaslı turnirlərin çox-çox təcrübəli və güclü döyüşçüsü "Partizan"ı keçməsi indi xəyala bənzəyir. Amma iki həftə sonra sevinən tərəfin kim olacağını proqnozlaşdırmaq o qədər də asan deyil.
Çünki, "Sabah"ın olmasa da, ən azı komandanın baş məşqçisi Murad Musayevin uğurlu avrokubok təcrübəsi var. O, "Krasnodar"la Avropanı təccübləndirməyi bacarıb. Nədən "Sabah"la da bunu təkrarlamasın?!
"Neftçi" isə yeni rəhbərliklə çox gözəl işlər görmək istəyir. Axşam "Neftçi Arena"da ilk oyun qələbə ilə tarixə keçsə, təəccüblənmərəm. Türkiyə futbolunun bilicisi, həmkarım Elçin Cəfərov Sports.az-a açıqlamasında "Beşiktaş"ın oyununun alınmaması üçün mərkəzdə Fernandesi zərəsizləşdirməyin, onun Hacıahmetoviçlə əlaqəsini kəsməyin kifayət edəcəyini demişdi. Həm Cəfərov, həm də "Beşiktaş" və "Neftçi"nin sabiq forvardı Ali Cansun Sports.az-a Fernandes və Abubakarın çox yaxşı formada olduqlarını və onları qırmızı kartsız saxlamağın çətinliyini bildiriblər. Ümid edək ki, Adrian Mutu və məşqçilər komandası rəqibi lazımınca təhlil edib, futbolçular da onların tapşırıqlarını yerinə yetirəcək, başlarından yuxarı tullanmağı bacaracaqlar.
"Sabah"ın da qələbə şansı yox deyil. Böyük ehtimalla, Masazırdakı "Bank Respublika Arena"da da anşlaq olacaq. Bu mənada "Neftçi"nin də heç bir problemi yoxdu. 
Hər iki komandamıza möhtəşəm azarkeş dəstəyi, oyuna maksimal köklənmək və ən əsası arzuya inanmaq rəqiblər arasında ustalıq fərqini hiss etdirməyə bilər. 
Arzuya yalnız komandalarımızın, futbolçularımızın yox, azarkeşlərimizin də inanması vacibdi! Çünki, futbolçu belə matçlarda azarkeşlərlə bütövləşir və tribunaların güclü dəstəyi onlarda dopinq effekti yaradır, hətta, qol buraxılsa belə, yenə də sonacan əzmkar mübarizə aparırlar. Bunu artıq "Sabah" - RFS matçında gördük.
Nəhayət 9 ildi Avropa meydanlarında ölkəmizin qürur mənbəyi olan "Qarabağ"...
Çempion heç də ən yaxşı dövrünü yaşamır kimi bir görüntü var. Düzdü, yaxşı dövrlərdə belə qapıçı mövqeyinə görə hər zaman təlaşımız olub. Amma klubda baş məşqçi kimi ilk oyununun 15 ilini qeyd edən Qurban Qurbanovun peşəkarlığı, futbolçulara verdiyi özgüvən, bunun nəticəsində də sabit qazanılan uğurlar "Qarabağ"ın bu mövsüm də qruplara düşəcəyinə əminlik yaradır.
Klub rəhbərliyinin və "İmarət Tayfa"nın baş məşqçiyə və Şahruddin Məhəmmədəliyevə belə çətin məqamda dəstək verməsi, inamını ifadə etməsi də təqdirəlayiqdi.
Arzuya inanırıq!
Hər 3 klubumiza uğurlar!

Son xəbərlər
“Real” “Barselona”ya qalib gəldi
Xulian Alvares “Atletiko”da qalacaq
“Qarabağ”a qarşı çəkinmədən mübarizə apardıq” - Ayxan Abbasov
“Bayern” müdafiə xəttini onunla gücləndirmək istəyir
“Qarabağ” xal itirdi, “Neftçi” qalib gəldi
“Neftçi”yə faydalı olmaq üçün gəlmişəm” - Abubakar
“Zenit” “Braqantino”nun yarımmüdafiəçisinə göz dikib
“Qəbələ” “Neftçi”yə belə uduzdu - VİDEO
17 yaşadək cüdoçular arasında region birinciliyinin qalibləri müəyyənləşdi
“Əminəm ki, belə oyunla uğur gələcək”
Neymar karyerasında yeni səhifə açmaq niyyətindədir
“9 oyuna 2 qələbə “Neftçi” üçün azdır” - Samir Abasov
Azərbaycan sablyaçısı Bolqarıstanda bürünc medal qazanıb
Şəkidə UEFA-nın D kateqoriyalı məşqçi kursu başa çatıb
MY “Sportinq”inin yarımmüdafiəçisi ilə maraqlanır
“Şəkidə asanlıqla məğlub olmuruq” - Meriç
Millimizin İslam Həmrəyliyi Oyunlarındakı rəqibləri bəlli oldu
“Komanda hələ tam formalaşmayıb” - Baxşıyev
Asllani “Hoffenhaym”dan ayırla bilər
Yeniyetmə sablyaçılardan Gürcüstanda 4 medal
“Leypsiq” Verneri az qala havayı buraxmağa hazırdır
Turun son oyununda “Şəki” sevindi
"Kəpəz"də "Gəncənin futbol əfsanələri" şurası yaradılıb
Azərbaycan karateçiləri Gürcüstanda 2 medal qazanıblar
AFFA-da “Futbolda Uşaqların Hüquqlarının Qorunması” mövzusunda seminar
Krivotsyukun komandasından inamlı qələbə
Lənkəran “Xəzər”i və millimizin veteranları yubiley matçında qarşılaşıblar
Azərbaycan boksçularından Avropa çempionatında 8 medal
PSJ yarımmüdafiəçisi ilə müqaviləsini yeniləməyə qərar verdi
Azərbaycan idmançısı Çində 6-cı oldu
DAHA ÇOX

Ən çox oxunanlar