Rüfətin çempionluğu

Rüfətin çempionluğu

"Neftçi"nin son dəqiqə qolu ilə nəhayət çempionluğa sevinməsi əslində gözlənilən idi.
 
Heç bir komanda, o cümlədən "Qarabağ" mövsümü əbədi ilk pillədə bitirə bilməz. Həmin an da indi yetişdi.

Komanda qazananda qələbəyə hamı pay sahibi olur, uduzanda isə yalnız baş məşqçi uduzur. Bu dəfə də oxşar vəziyyət idi. Samir Abbasov son illərdə "Neftçi" azarkeşlərin az qala ilk dəfə gördüyü adamların kölgəsində qaldı...

Amma çempionluğu yalnız Samir Abbasovun adına yazmaq da insafsızlıqdır.

Bu heyəti formalaşdıran və haqsızlıqla klubdan kənarlaşdırılan keçmiş idman dirüktoru Ceyhun Sultanovu, "özəyi" təşkil edən bəzi futbolçuları zamanında kluba gətirən keçmiş prezident Orxan Hüseynzadə və eks baş məşqçi Elxan Abdullayevi əsla unutmaq olmaz!

"Ağ qara" tarixin ən çətin dövründə böyük məsuliyyət altına girən və ümidləri artıqlaması ilə doğruldan gənc vitse-prezident Elnur Eyvazovun da adı xüsusi qeyd edilməlidi.

Təbii ki, prezident Kamran Quliyev kimin nə deməsindən, simpatiya və ya antipatiya bəsləməsindən asılı olmayaraq bundan sonra hər kəsə rahatlıqla "Hər şey yaddan çıxır, nəticə qalır" deyə bilər.

Yaxın keçmişdə "Neftçi"də çalışdığımdan klubda işləyən əksər adamları yaxından tanıyıram və hər birinin necə gözəl insan, işinin peşəkarı olduğunu bilirəm. Amma daha ad çəkməyəcəm ki, heç kim inciməsin. Yoxsa gərək bu haqda ayrıca kitab yazam.
Yalnız onu deyim ki, mənə görə "Neftçi"nin qələbəsində hamıdan daha böyük pay  tribunaya buraxılıb-buraxılmamalarına baxmayaraq azarkeşlərindir.  Çempionluğu haqq edən bu möhtəşəm insanlar arasında şəhidlər və qazilər də var. Onlardan biri də şəhid mayor Rüfət Əskərovdur. "Neftçi" "Qarabağ"la oyundan dərhal sonra adına yaraşanı etdi və çempionluq kubokunu ikinci Fəxri Xiyabana - Rüfətin məzarı önünə apardı.

Bu çempionluq Vətən uğrunda canından keçən bütün "Neftçi" azarkeşlərinin idi.

Ümumiyyətlə, mövsümün finişi çox duyğusal alındı. Final fitindən sonra kapitan Emin Mahmudovun kövrələrək "Çox arzulayırdım ki, karyeramda heç olmasa bir dəfə çempion olum" deməsi şəxsən məni çox təsirləndirdi. Emin Mahmudov məncə Azərbaycanın ən yaxşı futbolçusudur. Ölkəmizdə bu sahədə nadir nüsxələrdəndir ki, xarakteri, insanlığı istedadı və potensialını tamamlayır. Vətəndən kənarda da çempion komandalarda oynaya bilər. Karyerasının da tam çiçəklənən dövrüdür. Əsl parlamalı məqamdır indi. Eminin, Namiq Ələsgərovun,  Mirabdulla Abbasovun, Ömər Buludovun, yaşından asılı olmayaraq başqa yerli futbolçuların təklif gələcəyi təqdirdə düşünmədən xaricə yollanmasını arzulayıram.

Bu mövsüm daxili arenada göstərilən oyunun davamını avrokuboklarda gətirmələri diləyi ilə, "Neftçi"yə Çempionlar Liqasında uğurlar!


P.S. Bu yazını 2021-ci ildə "Neftçi" çempion olanda Qol.az üçün yazmışdım. Bu gün şəhid mayor Rüfət Əsgərlinin 42 yaşı olur. Onun və bütün şəhidlərimizin əziz xatirəsi Azərbaycan xalqının qəlbində yaşayır və daim yaşayacaq!

Son xəbərlər
“Real” “Barselona”ya qalib gəldi
Xulian Alvares “Atletiko”da qalacaq
“Qarabağ”a qarşı çəkinmədən mübarizə apardıq” - Ayxan Abbasov
“Bayern” müdafiə xəttini onunla gücləndirmək istəyir
“Qarabağ” xal itirdi, “Neftçi” qalib gəldi
“Neftçi”yə faydalı olmaq üçün gəlmişəm” - Abubakar
“Zenit” “Braqantino”nun yarımmüdafiəçisinə göz dikib
“Qəbələ” “Neftçi”yə belə uduzdu - VİDEO
17 yaşadək cüdoçular arasında region birinciliyinin qalibləri müəyyənləşdi
“Əminəm ki, belə oyunla uğur gələcək”
Neymar karyerasında yeni səhifə açmaq niyyətindədir
“9 oyuna 2 qələbə “Neftçi” üçün azdır” - Samir Abasov
Azərbaycan sablyaçısı Bolqarıstanda bürünc medal qazanıb
Şəkidə UEFA-nın D kateqoriyalı məşqçi kursu başa çatıb
MY “Sportinq”inin yarımmüdafiəçisi ilə maraqlanır
“Şəkidə asanlıqla məğlub olmuruq” - Meriç
Millimizin İslam Həmrəyliyi Oyunlarındakı rəqibləri bəlli oldu
“Komanda hələ tam formalaşmayıb” - Baxşıyev
Asllani “Hoffenhaym”dan ayırla bilər
Yeniyetmə sablyaçılardan Gürcüstanda 4 medal
“Leypsiq” Verneri az qala havayı buraxmağa hazırdır
Turun son oyununda “Şəki” sevindi
"Kəpəz"də "Gəncənin futbol əfsanələri" şurası yaradılıb
Azərbaycan karateçiləri Gürcüstanda 2 medal qazanıblar
AFFA-da “Futbolda Uşaqların Hüquqlarının Qorunması” mövzusunda seminar
Krivotsyukun komandasından inamlı qələbə
Lənkəran “Xəzər”i və millimizin veteranları yubiley matçında qarşılaşıblar
Azərbaycan boksçularından Avropa çempionatında 8 medal
PSJ yarımmüdafiəçisi ilə müqaviləsini yeniləməyə qərar verdi
Azərbaycan idmançısı Çində 6-cı oldu
DAHA ÇOX

Ən çox oxunanlar