“Qarabağ”ın uğurlarını kim(lər) qəbul edə bilmir?

“Qarabağ”ın uğurlarını kim(lər) qəbul edə bilmir?

"Qarabağ"ın prezidenti Tahir Gözəl Xəyal adasında bir qrup idman jurnalisti ilə görüşdü. Səmimi ortamda keçən görüşdə ardıcıl 10-cu dəfə avrokuboklarda qrup mərhələsinə yüksəlmiş klubun prezidenti bu uğurun tairxçəsindən danışdı, daha sonra yeni hədəflər haqda jurnalistlərə məlumat verdi.

Tahir bəy "Qarabağ"ın yalnız futbol meydanında deyil, kənarda da uğurıar qazanmasına diqqət çəkdi. Avropa Klublar Birliyinin (European Club Association) Icraiyyə Komitəsinə üzv seçilmiş klubun baş meneceri Asif Əsgərovu örnək gətirdi.

O, "Qarabağ"ın əsas komandasına görə rahat olduğunu Qurban Qurbanovun ona Allah tərəfindən hədiyyə göndərildiyini və onun üçün Allahın bir lütfü olduğunu bildirdi. 

Klub rəhbəri akademiyadan narahatlığını və narazılığını dilə gətirdi "Qarabağ"ın adına yaraşmayan akdemiyamız var" dedi... Amma indən belə əsas hədəfinin sırf akdemiyanın inkişafı olacağını vurğuladı. 

"Bundan sonra 3 hədəfimiz var: Akademiya, akademiya və yenə akademiya" deyən Tahir Gözəl Akademiyanın tikintisi və klub bazasının genişləndirilməsi üçün dövlətdən 2-3 ildir ki, torpaq istədiklərini amma hələlik bu istiqamətdə irəliləyiş olmadığını böyük üzüntü ilə nəzərə çatdırdı...

Tahir bəy torpaq veriləcəyi təqdirdə şəxsi vəsaiti ilə həm dünya səviyyəli akademiya, həm də əsas komanda üçün baza tikməyə hazır olduğunu söylədi. 

Haşiyə çıxıb deyim ki, 10 ildir Azərbaycanın adını Avropada layiqincə təmsil edən bir klubun əsas probleminin illərdir həll edilməməsi təəccüb və təssüf doğurmaya bilməz. Görünür Azərbaycanın "Qarabağ"ının beynəlxalq aləmdə uğurlarını kimlərsə həzm edə bilmir və daha böyük nailliyyətlər qazanmasını istəmirlər...

Həmkarlarımızın, bəlkə də elə azarkeşlərin də 10 ildir qruplara yüksələn və artıq qrup səddini də keçməyi bacarmış "Qarabağ"la bağlı əsas gözləntilərindən biri də, komandamızın Azərbaycana Avropa kubokunu gətirməsidi. Görüşdə iştirak edən Mətbuat Şurasının sədri Rəşad Məcid bununla bağlı gerçəkləri əks etdirən "Qarabağ" bizi o qədər uğurlara öyrəşdirib ki, bəzən reallıq hissini itiririk" fikrini səsləndirdi.

Klubun direktoru Emrah Çelikel isə Avropa ölkələrindən fərqli Azərbaycanda forma və bilet satışından, TV yayımından gəlir gəlmədiyi üçün ölkəmizdə hansısa peşəkar futbol klubunun özünü dolandırmaq ehtimalının olmadığını qeyd etdi.

...Tahir bəy dediyi kimi Qurban Qurbanov təkcə Gözəl ailəsi və "Qarabağ" FK üçün deyil, bütün Azərbaycan futbolu üçün Allahın bir lütfüdü, Avropa Kuboku qazanacaq gücdə, potensialda baş məşqçidi. Amma təbii ki, bunun üçün başqa büdcə, başqa imkanlar lazımdı. 

Bu hədəf qarşıya qoyulsa inanıram ki, xəyalımızı gerçəkləşdirmək üçün kifayət edəcək büdcə də tapılar. 

"Qarabağ"a yeni başladığı yolda, yeni hədəflərində uğurlar!

Son xəbərlər
Çempionlar Liqasında həftənin ən yaxşısı məlum oldu
Arbeloa “Mançester Siti”ni keçə bilməsə…
“Karvan-Yevlax”ın 3 legioneri milli komandalara çağırıldı
“Səbail” “Mingəçevir”i məğlub etdi
Hücumçusu “Mançester Siti” ilə yeni müqaviləyə təkid edir
“Ordu” “Sumqayıt”ı, “Naxçıvan” “Sərhdəçi”ni məğlub etdi
Xüsusi Olimpiya Komitəsi və ACF arasında əməkdaşlıq memorandumu imzalandı
“Yuventus” “Tottenhem”in müdafiəçi ilə maraqlanır
“Neftçi” və “Araz-Naxçıvan”dan qələbə
“Abşeron”la “Turan”dan qələbə
“Mançester Siti”nin kapitanı “Yuventus”a qoşula bilər
“Şəfa”da yeni təyinat
Yığmamız Belçikaya böyük hesabla məğlub oldu
Florentino Peres “Mançester Siti”nin ulduzunu Real”da görmək istəyir
Voleybol üzrə Yüksək Liqada pley-off oyunlarının vaxtı müəyyənləşib
“Zirə” – “Qarabağ” matçının hakim təyinatları açıqlandı
“İnter” hücumçusunu satmağa məcbur ola bilər
19 cüdoçumuz üçün Varşava sınağı
Stolüstü tennisçilər Berlin turnirində medal qazandı
“Real”ın qapıçısı A Seriyasına yollana bilər
Azərbaycan boksçuları Budvadan medalla başa qayıdır
Formula 1: Azərbaycan qran-prisi üçün marşal qeydiyyatı başladı
“Yuventus” “Tottenhem”in qapıçısından imtina edə bilər
“Arsenal” “Real”ın müdafiəçisinə göz dikdi
Yarımmüdafiəçisi “Liverpul”dan ayrılmaq istəyir
Ryerson Premyer Liqaya üz tuta bilər
Fiqodan Rodriqoya dəstək
19-cu tura start verilir
Entso Fernandes PSJ-yə keçə bilər
“Samsunspor" "Rayo Velyekano"nu qəbul edəcək
DAHA ÇOX

Ən çox oxunanlar